Mühacirətdə olan suriyalı incəsənət ustası Tammam Azzam Leonardo Da Vinçi, Gauguin, Varhol və başqalarının əsərlərini öz doğma vətənindəki mənzərələr üzərinə yerləşdirərək bəşəriyyətin ifrat cinahlarını nümayiş etdirir.
Suriyalı rəssam sevgi və nifrət tablolarını paylaşır

1
Matisse-in 1910-cu ildəki "Rəqs" əsərindən çevrə quran qadınlar Homsda dağıdılmış küçə qalıqları üzərində. Tammam Azzam.

2
Vinsent Van Qoqun "Ulduzlu Gecə" əsəri Dəraya məhəlləsində polad və beton dağıntıların arxasında canlanır. Tammam Azzam.

3
Leonardo Da Vinçinin Mona Lisası Suriyanın üçüncü ən böyük şəhəri və üsyanın istehkamı sayılan Homsda çökmüş damların və əyilmiş çərçivələrin fonunda müəmmalı təbəssümü ilə. Tammam Azzam.

4
Fransisko Qoyanın "3 may, 1808" əsəri ispan partizanların Napoleonun fransız əsgərləri tərəfindən güllələndiyini göstərir - Suriyanın Duma qəsəbəsinin dağıntılarında. By Tammam Azzam.