Accessibility links

Türkmənistan İrandan Azərbaycana qaz mübadiləsinə başlayıb


Ötən il Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci sammiti çərçivəsində imzalanmış Türkmənistan, İran və Azərbaycan arasında üçtərəfli (swap) sazişi yanvarın 1-dən qüvvəyə minib.

Bu barədə Mehr agentliyi məlumat yayıb.

İranın neft naziri Cavad Ovci yanvarın 3-də bildirib ki, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin Aşqabadda imzaladığı qaz mübadiləsi sazişinin icrasına başlanılıb.

"İran gündəlik 4.5 milyon kubmetr qazı ölkənin şərqində Türkmənistandan təhvil alır və o miqdarda qazı İranın şimal-şərqində Azərbaycana təhvil verir,” nazir qeyd edib.

Agentlik bildirir kiI, Türkmənistan ixrac bazarlarına çıxmaq üçün açıq dənizlərə çıxmağı hədəfləyir və burada İran mühüm variantdır, çünki o, cənub sularına da asanlıqla daxil olub öz qazını ixrac edə bilər və gələcəkdə bu baş verərsə, İran bundan da faydalanacaq. Tehranın sanksiyalar ilə üzləşdiyi bir vaxtda Türkmənistanla İran kanalının yaradılması regionda bir çox gərginliyin sona çatması və kommunikasiya kanallarının açılması üçün dönüş nöqtəsi ola bilər,” Mehr agentliyi ekspertlərin dediyinə əsaslanaraq qeyd edir.

2021-ci il noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) üzrə üçtərəfli saziş imzalanıb.

İmzalanma hər üç ölkənin prezidentinin iştirakı ilə baş tutub.

Sazişə əsasən, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük edəcək.

Sazişin imzalanmasından sonra Azərbaycan Prezident İlham Əliyev bildirib ki, "bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək."

"Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından çox böyük önəmi var," Azərbaycan Prezidenti vurğulayıb.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG