Accessibility links

Təbriz etirazları ilə əlaqədar tutulan bəzi fəallar mərkəzi həbsxanaya köçürülüb


Şəhruz Bərzgər və Ulduz Qasımi
Şəhruz Bərzgər və Ulduz Qasımi

İyulun 24-də Təbrizdə keçirilən Əhvazda etiraz nümayişlərinə dəstək aksiyası ilə əlaqədar nəzarət altına alınan bəzi fəallar şəhərin mərkəzi həbsxanasına köçürülüb.

Həbsxanasına köçürülən fəallardan ikisinin adı bəlli olub. Hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, mərkəzi həbsxanaya göndərilmədən öncə fəallar haqqında Təbrizin ümumi və inqilab prokurorluğunun 16-cı şöbəsində məhkəmə dosyesi təşkil olunub.

Şənbə günü saxlanılan fəallardan Ulduz Qasımi və Şəhruz Bərzgərin yaxınları onların azadlığı üçün müvafiq olaraq 100 milyon və 150 milyon tümən məbləğində mülki zəmanət istənildiyini bildiriblər.

Saxlanılan bəzi fəallar, o cümlədən Məhəmməd Mahmudi və Siyamək Kuşi ertəsi gün iyulun 25-də mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

Təqribən 2 həftədir İranın ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran kütləvi aksiyalarda bir çox etirazçının öldürüldüyü bildirilir.

Türk fəallar keçən həftədən bəri İran Azərbaycanının müxtəlif şəhərlərində çağırış vərəqələri paylayaraq əhalini şənbə günü iyulun 24-də ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırmışdılar.

İran polisi və hərbi qüvvələri şənbə günü Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri bağlamışdı.

XS
SM
MD
LG