Accessibility links

Təbrizdə ərəblərə dəstək aksiyası Tehrana mesaj idimi?


İran dövlətinin qeyri-fars icmalara qarşı siyasətlərini tənqid edən ziyalılar və siyasi fəallar iyulun 24-də Təbrizdə ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyasını “türklərin İranın mərkəziyyətçi qruplarına göndərdiyi bir mesaj” kimi dəyərləndirirlər.

10 gündən artıqdır İranın ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran kütləvi aksiyalarda bir neçə etirazçı öldürülüb.

Şənbə günü isə,Təbrizdə baş tutan aksiyalarda etirazçılar “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad, ittihad” və “haray haray mən türkəm” kimi şüarlar səsləndiriblər. İran Azərbaycanında su qıtlığına qarşı etirazlarla əlaqədar bir çox vətəndaş həbs edilib.

İranlı siyasi ekspert Mehdi Cəlali Tehrani öz Twitter səhifəsində Təbrizdə baş verənlərin açıq bir mesaj olduğunu vurğulayıb.

“Azərbaycanın türk milləti İran mərkəzində baş verən etirazlar üçün küçəyə çıxmadı. Amma Qarabağ Müharibəsi və Əhvazın ərəb milləti üçün küçəyə çıxdı. Bu, açıq bir mesaj deyilmi? Bugünkü türk nəsli əcdadının Məşrutə İnqilabında göstərmədiyi bir anlayış nümayiş etdirdi,” ABŞ-da yaşayan Yaxın Şərq eksperti yazıb.

Avstraliyada yaşayan tanınmış iranlı kürd yazar Behruz Buçani yazıb ki, farsdilli media Təbrizdə baş verənləri anlamaqda acizdir.

“Azərbaycan Tehrana laqeyd idi. Amma bugün Əhvaz üçün ayağı qalxdı. Əminəm ki, fars mediası bu olanları anlamaqda acizdir,” prestijli Viktoriya Ədəbiyyat Mükafatının laureatı öz Twitter səhifəsində yazıb.

XS
SM
MD
LG