Accessibility links

Təbriz və Ərdəbildə edam hökmləri icra olunub


Keçən günlərdə İran Azərbaycanında narkotik qaçaqmalçılığı və qətl ittihamı ilə mühakimə edilmiş iki məhbus dar ağacından asılıb.

İran İnsan Haqları Təşkilatının (İran HR) məlumatına görə, Müslüm Şirinin edam hökmü avqustun 13-də Ərdəbil Mərkəzi Zindanında, narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə olunmuş Eyvaz Bidəstin hökmü isə keçən həftə Təbrizdə həyata keçirilib.

Təbriz Mərkəzi Zindanı
Təbriz Mərkəzi Zindanı

Keçən il İranda edamların azalması məqsədilə “narkotik qaçaqmalçılığı ilə mücadilə qanununa” bir maddənin əlavə olunması İran Parlamentində qəbul edilmişdi.

İran HR-ın bildirdiyinə görə, Təbrizdə Eyvaz Bidəstin asılması xəbəri 2017-ci ilin noyabr ayında yeni qanunun rəsmi olaraq qüvvəyə qoyulmasından bəri narkotik qaçaqmalçılığı ilə əlaqədar həyata keçirilmiş üçüncü edamdır.

Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlardan olan müttəhimlərin ən çox edam riski altında olduğunu vurğulayıb.

XS
SM
MD
LG