Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Məlumat Mərkəzinin müdiri doktor Kiyanuş Cahanpur Şərqi Azərbaycanda 2 nəfərdə koronavirus tapıldığını bildirib.
O həmçinin ölkədə yoluxma hallarının artıdığını, hal-hazırda 245 nəfərdə koronavirusun aşkar edildiyini və 26 nəfərin də həmin virusa yolxub həyatını itirdiyini bildirib.
Təbriz Tibb Elmləri Universitetinin müdiri doktor Somi ioliji Müdafiə qərargah komitəsində deyib ki, Şərqi Azərbaycan vilayətində koronavirusa yoluxan şəxslərin biri Sarab şəhərinin xəstəxanasına, digəri isə Təbrizin bir xəstəxanasına yerləşdirilib.
İranda yoluxma hallarının artmasına gəldikdə, Cahanpur ölkədə koronavirus testlərini həyata keçirən daha çox laboratoriyada virusa yoluxma hallarının qeyd edildiyini açıqlayıb.
Fevralın 27-də açıqlama verən Cahanpur ölkədə daha 106 nəfərdə koronavirus tapıldığını və hal-hazırda 245 nəfərdə yoluxma hallarının təsdiqləndiyini söyləyib.
Ən çox sayda yoluxma halları olan vilayətlər Tehran, Gilan və Qumdur. İran Azərbaycanının vilayətləri arasında Ərdəbil vilayətində 5, Şərqi Azərbaycanda 2 və bir nəfər isə Qərbi Azərbaycan vilayətində koronavirusa yoluxub. Beləliklə, Ərdəbil vilayətində virusa yoluxan şəxslərin sayı 2-dən 5-ə çatıb.