Accessibility links

Təhlilçilər: Müllerin istintaqı Trampın yaxın çevrəsində korrupsiyanı üzə çıxarır [Video]


Təhlilçilər: Müllerin istintaqı Trampın yaxın çevrəsində korrupsiyanı üzə çıxarır
please wait

No media source currently available

0:00 0:03:02 0:00

ABŞ prezidenti Donald Trampın iki yaxın müttəfiqi ciddi maddələr üzrə təqsirli tanınıb. Çərşənbə axşamı Trampın kampaniya meneceri Pol Manafort bank və vergi fırıldaqçılıqları ittihamı ilə səkkiz maddə üzrə məhkum olub, Trampın keçmiş vəkili Maykl Kohen isə səkkiz cinayət üzrə özünü günahkar tanıyıb. Təhlilçilər deyir ki, bu iki məhkəmə işi Trampın yaxın çevrəsində korrupsiya hallarının üstünü açıb, amma yaxın gələcəkdə ona sadiq elektorata təsir göstərməyə bilər.

Cənab Kohen kampaniya maliyyə hüquqularının pozulmasına dair iki maddə üzrə təqsirli bilinib. Biri qeyri-qanuni korporasiya ianələrinə yol açması, ikincisi isə özünün şəxsən çox böyük ianə etməsi ilə əlaqədardır. Bu ianələrin hər ikisinin məqsədi 2016-cı il prezident seçkisinə müdaxilə etmək olub
Robert Xuzami

Kohen özünü bank fırıldaqçılığı, vergi fırıldaqçılığı və seçki kampaniyasının maliyyə hüquqlarını pozmaqda günahkar tanıyıb. ABŞ prokurorunun müavini Robert Xuzami deyib ki, bu ittihamlar ciddidir və uzun müddət ərzində bir sıra yalanlar və səmimiyyətsizliklərin baş verdiyini göstərir.

“Cənab Kohen kampaniya maliyyə hüquqularının pozulmasına dair iki maddə üzrə təqsirli bilinib. Biri qeyri-qanuni korporasiya ianələrinə yol açması, ikincisi isə özünün şəxsən çox böyük ianə etməsi ilə əlaqədardır. Bu ianələrin hər ikisinin məqsədi 2016-cı il prezident seçkisinə müdaxilə etmək olub”, Xuzami deyib.

Bundan əlavə Kohen iki qadına ödəniş etdiyini boynuna alıb, çünki onların bəyanatlarının Trampın seçki kampaniyasına mənfi təsiri ola bilərdi.

Manafort 18 fırıldaqçılıq maddəsi üzrə məhkum olunub.

Təhliçilər Amerikanın Səsinə bildirib ki, bu məhkəmə işləri xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi ilə bağlı istintaqına legitimlik qazandırır.

Maykl Kohen, Donald Tramp, Pol Manafort
Maykl Kohen, Donald Tramp, Pol Manafort

“Müllerin istintaqı Trampın çevrəsində çürüntü aşkar etdi. Bu ittihamnamələr Manafortun Trampdan öncəki işləri ilə əlaqəli olsa da, Trampın kampaniyasının mərkəzində nə cür insanların olduğunu və nə cür hadisələrin baş verdiyini ortaya çıxardı” – deyə, Mayami Universitetindən Deyvid Abraham bildirib.

Prezident Tramp deyib ki, Manafortun məhkum olunması onun kampaniyası ilə Rusiya arasında hər hansı əlaqənin olduğunu sübut etmir. Amma təhlilçilər qeyd edib ki, Manafortun sentyabr ayında keçiriləcək ikinci məhkəməsində onun Ukraynanın Rusiya tərəfdarı hökümətinə göstərdiyi lobbiçilik xidmətləri araşdıralacaq. Manafort seçkidən öncə Tramp Tower-da Trampın digər müttəfiqləri ilə birlikdə əlində Trampın demokrat rəqibi Hillari Klintona ziyan vuracaq məlumatların olduğunu iddia edən rusiyalı vəkillə görüşdə iştirak edib.

Müllerin istintaqı Trampın çevrəsində çürüntü aşkar etdi. Bu ittihamnamələr Manafortun Trampdan öncəki işləri ilə əlaqəli olsa da, Trampın kampaniyasının mərkəzində nə cür insanların olduğunu və nə cür hadisələrin baş verdiyini ortaya çıxardı
Deyvid Abraham

“Düzdür ki, digər namizədlərlə bağlı mənfi məlumat əldə etmək siyasətin normal bir hissəsidir amma bu cür məlumatı xarici rəqib qüvvədən almaq normal siyasətin bir parçası deyil. Bu, qeyri-qanunidir və Trampın Hillari Klintonun kampaniyası ilə bağlı məlumat verdiyi və onun qalin gəlməsinə yardım etdiyi üçün Rusiyaya borclu olduğuna işarə edə bilər”, Corctaun Universitetindən Pol Şiff Berman söyləyib.Təhliçilər Amerikanın Səsinə bildirib ki, Müllerin başçılıq etdiyi istintaqı Trampın dediyi kimi, “ifritə ovu” adlandırmaq olmaz.

“Bu insanlar, yəni Kohen və bəlkə elə Manafort da prokurorlara yardım edəcək və düşünürəm ki, onların paylaşdıqları məlumatların sayı artacaq”, Berman deyib.

Təhlilçilər razılaşır ki, Trampın yaxın müttəfiqləri arasında korrupsiya hallarının üstünün açılması onun əsas elektoratına təsir göstərməyə bilər. Amma onlar inanır ki, artan təzyiq nəticəsində kifayət qədər seçinin fikrini dəyişə bilər və bu, Trampın yenidən seçilmək şanslarının xeyli azalmasına gətirib çıxarar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG