Bu gün güclü zəlzələnin qeydə alındığı Tacikistanda ölən və yaralıların sayı barədə hələlik məlumat verilmir.
ABŞ Geoloji Mərkəzinin bildirdiyinə görə, 7.2 bal gücündə qeydə alınan zəlzəlinin episentri Tacikistanın şərqində, ən yaxınlıqdakı kənddən 120 kilometr aralıda olub.
Paytaxt Düşənbə sakinləri xəbər agentlikləri ilə şəhərdə zəlzələnin açıq-aşkar hiss edildiyini bildiriblər.
Daxil olan məlumatlarda deyilir ki, yeraltı təkan habelə Əfqanıstan, Pakistan və Hindistanda da hiss edilib.