Accessibility links

Tacikistanda hərbi konvoya hücum olub


Yaraqlılar 23 əsgəri qətlə yetiriblər

Tacikistan Müdafiə Nazirliyi bildirib ki,islamçı yaraqlılar hərbi konvoya hücum edərək 23 əsgəri qətlə yetiriblər. Nazirliyin sözçüsü Faridun Məhmədəliyev dünən baş vermiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, silahlılar Əfqanıstan, Pakistan və Çeçenistandandırlar. Rəsmilərin sözlərinə görə, hücum paytaxt Düşənbədən 250 kilometr aralıda Raşt Vadisində baş verib. Fransa xəbər agentliyinin məlumatında deyilir ki, Nyu-Yorkda BMT Baş Assambleyasında olan Tacikistan prezidenti İmaməli Rəhman vəziyyəti normallaşdırmaq üçün hökumətinə addımlar atmaq barədə göstəriş verib.

XS
SM
MD
LG