Accessibility links

“Fəaliyyətiniz nə qədər böyük olsa da, mediada əks edilmirsə...” [Audio-Müsahibə]


Taha Kirmani
Taha Kirmani

Taha Kirmaninin fikrincə, İslam Respublikasının internetə basqılarından əlavə türk fəalların medianın funksiyasına kifayət qədər əhəmiyyət verməməsi onların sosial mediada effektiv fəaliyyət göstərməsinə mane olur.

Taha Kirmani Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:27 0:00

Amerikanın Səsinə danışan jurnalistin söylədiklərinə görə, sahədəki fəaliyyətlərin mediada əks olunmaması o fəaliyyətin önəmini o qədər azaldır ki, sanki heç həyata keçirilməmişdir.

Fəaliyyətləriniz nə qədər böyük olsa da, mediada əks edilmirsə, o fəaliyyətin təsiri haradasa heç həyata keçirilməmiş deyə biləcəyimiz qədər düşür.
Taha Kirmani

“Ümumiyyətlə siyasi qrupların sosial mediadan istifadəsinin düşük səviyyədə olmasını İranda internetə keçid məsələsi və məlumat axışında azadlığın səviyyəsi baxımından dəyələndirə bilərik... Amma məncə, əsas səbəb budur ki, bizim fəallar mediaya yetərincə önəm vermirlər,” Taha Kirmani deyir.

Kirmani İranda jurnalistika fəaliyyətlərində önəmə sahib olan sosial media platformlarının çox istifadə edilmədiyini ifadə edir:

“İranda populyar olan mobil telefon proqramları dünyada elə də populyar deyillər. Dünya ilə əlaqə qura biləcək proqramlar deyillər, yəni qlobal sosial media sayılmazlar.”

Onun söylədiklərinə görə, İranda jurnalistika fəaliyyətlərində ciddi önəmə sahib olan Youtube və Twitter kimi sosial media platformlarının daha az istifadə edilməsinin bir səbəbi internet sürətinin az olması və digər maneələr olsa, digər səbəbi də İranda siyasi fəalların internetdən istifadə mədəniyyəti və onların sosial mediaya önəm verməməsi ilə bağlıdır.

Əsasən sosial medianın üstünlüyü bizə ana axım mediasının qarşısında bir alternativ təqdim etməsidir.

“İctimai və siyasi sahələrdə fəaliyyətdən söz açanda media fəaliyyəti bundan ayrı deyil... Medianı sadəcə bu fəaliyyətlərin dünyada əks edilməsi üçün bir vasitə kimi dəyərləndirmək də yanlışdır. Media bu fəaliyyətlərin ayrılmaz bir parçasıdır. Yəni sizin içəridəki fəaliyyətləriniz nə qədər böyük olsa da, mediada əks edilmirsə, o fəaliyyətin təsiri haradasa heç həyata keçirilməmiş deyə biləcəyimiz qədər düşür,” Taha Kirmani qeyd edir.

O, əlavə edir: “İranda bizim sözümüzü deyə biləcəyimiz azad media yoxdur. Amma bu gün sosial media dünyann bir çox yerində bu problemi haradasa aradan qaldırmışdır. Əsasən sosial medianın üstünlüyü bizə ana axım mediasının qarşısında bir alternativ təqdim etməsidir. Yəni ana axım media sizi görmürsə, boykot edirsə, senzura edirsə, bizim alternativimiz sosial mediadır. Hətta bu şəkildə onları bizi görməyə məcbur da edə bilərik.”

XS
SM
MD
LG