Accessibility links

Taha Kirmani: İrandakı yeni etirazçı nəslin suallarını nə hakimiyyət cavablandıra bilir, nə də klassik müxalifət


Taha Kirmani
Taha Kirmani

Jurnalist Taha Kirmani İranda son aylarda baş qaldıran geniş etirazlardan sonrakı mərhələdə hakimiyyət və müxalif qüvvələrin yeni vəziyyətlə necə uyğunlaşa biləcəklərini dəyərləndirib.

Taha Kirmani: İrandakı yeni etirazçı nəslin suallarını nə hakimiyyət cavablandıra bilir, nə də klassik müxalifət
please wait

No media source currently available

0:00 0:11:55 0:00
Direct link

Taha Kirmaninin sözlərinə görə, etirazlardan sonra yaranan siyasi reallıq həm hakimiyyətin yeni nəslin suallarını cavablandıracaq vəziyyətdə olmadığını, həm də klassik müxalifətin bu nəslin etirazını yönləndirməkdə yetərsiz olduğunu göstərdi.

“İranda klassik mənada siyasi davranışlarda passiv hesab edilən qüvvələr və ya qruplar bu etirazlarda son dərəcə aktiv bir şəkildə meydanda oldular və bu da etirazların kimliyini müəyyənləşdirdi. Bunun təsiri ikitərəfli idi. Bir tərəfdən, hakimiyyətə qarşı yeni bir etiraz modeli və yeni etirazçıların varlığını gördük. Digər tərəfdən də klassik müxalifəti ümumi mənada yenidən dizayna məcbur edəcək bir müxalifətin formalaşdığını gördük,” jurnalist söyləyir.

Kirmani hesab edir ki, artıq İranda nə hakimiyyət nə də müxalifət öz varlıqlarını öncəki siyasi modellər əsasında sürdürə bilməyəcəklər:

“İranda iqtidar-müxalifət savaşı kəsinliklə etirazların öncəsindəki vəziyyətə qayıtmayacaq. Hər iki tərəfin - həm hakimiyyət, həm müxalifətin - öz varlıqlarını sürdürə bilmələri üçün öncəki modellərlə yürümələri imkansızdır. Artıq yeni addımlar atıb və yeni mövqelər əldə etmələri gərəkir.”

İran məhkəmə sistemi küçə etirazlarının azalması ilə birlikdə ali liderin “əfv sərəncamı” əsasında “şəraitə uyğun olan” bəzi məhbusları həbs müddətləri başa çatmadan sərbəst buraxmaya başlayıb.

Taha Kirmaninin sözlərinə görə, hökümət bu addımla kontrolun əlində olduğu görüntüsünü vermək istəyir.

“İran İslam Cümhuriyyətinin son illərdə hər növ etirazla bağlı reaksiyasına baxdığımızda xalqın istəyi qarşısında geri oturmamaq kimi bir xarakteri var. Bu tip məsələlərdə xalqın istəyinə boyun əyməyi zəiflik kimi dəyərləndirir. Ona örə, çalışır ki, belə addımlarını güc mövqeyində olduğu zaman atsın. Yəni, tam bu zamanda ki, küçələrdə etiraz dalğası ciddi mənada yenib, bu addımı zəfər və uğur kimi, güc nümayişi kimi cəmiyyətə göstərir... Bir də ki, bu etirazlara qatılan yeniyetmələrə ‘mən sizin xətanızı görməzdən gələ bilərəm’ mesajını verməyə çalışır,” jurnalist ifadə edir.

Kirmani müxalifət sıralarındakı vəziyyətə diqqət çəkərək deyir ki, “son etirazlara baxanda, klassik müxalifətin işin buraya gəlməsində nə bir planı, nə də belə bir potensialı var idi. Etirazların bu dərəcədə ümumiləşməsi klassik mənada müxalifətin cəhdləri ilə olmadı. Əlbəttə ki rolları var idi, ancaq, bunu deyə bilmərik ki, müxalifət bir proses başlatdı və nəticəsində bu etirazlar meydana gəldi.”

Jurnalist İranda müxalifət qüvvələrinin əvvəlki siyasi modellər ilə yeni nəsil etirazçıları yönləndirə bilməyəcəklərini vurğulayır:

“O klassik müxalifət ortaya çıxan bu etiraz qüvvəsini cəlb etməyə çalışır. Çünki, meydanda daha öncə görünmədiyi qədər təzə qan var, keçmiş etirazlarda aktiv olmayan yeni nəsil, yeni kütlələr var. Müxalif qüvvələr bundan pay qoparmağa çalışır. Ancaq, yeni nəslin istəkləri keçmişdəki klasik siyasi müxalifət tərifi ilə cavablanmır. Bu, dünyanın bir çox yerinə belədir. Yeni nəslin istəklərinə köhnə üsullar ilə cavab axtarmaq imkansızdır. Bunu nə hakimiyyət edə bilir nə də müxalifət... Nə hakimiyyət belə göstərməlik bir əfv ilə xalqı razı salıb evinə göndərə bilər, nə də klassik müxalifət yaranan bu istəkləri və bu cəmiyyəti yönləndirib və istədiyi yerə götürə bilər,” Taha Kirmani əlavə edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG