Accessibility links

Taha Kirmani: İrandakı etirazların gücü küçələrdə gördüyümüzdən çox daha böyükdür


Taha Kirmani
Taha Kirmani

Jurnalist Taha Kirmani Amerikanın Səsi ilə söhbətdə 3 aydan artıqdır İranda hökümət əleyhinə davam etməkdə olan ümummilli etirazlar ilə bağlı hazırkı vəziyyəti dəyərləndirib. Jurnalist həmçinin İran hökümətinin etirazçıları edam edərək nəyi hədəflədiyini şərh edib.

Taha Kirmani: İrandakı etirazların gücü küçələrdə gördüyümüzdən çox daha böyükdür
please wait

No media source currently available

0:00 0:15:59 0:00
Direct link

“Məhsa Əmini sonrası başlayan etirazların gücünü dəyərləndirdiyimizdə, biz bunu küçələrdəki insan sayı ilə ölçməməliyik. Yəni, neçə şəhər küçələrə çıxdı və ya nə həcmdə çıxdı, bunlar önəmli olsa da, bu etirazların əsas güc nöqtəsini dəyərləndirdiyimizdə fərqli ölçüləri nəzərə almalıyıq. İndi bu mərhələdə etirazların 3 aydır davam etdiyinə baxdığımızda deyə bilərəm ki, etirazlar güclənərək davam edir və artıq öz gücünü sübut edib,” Kirmani söyləyir.

Hökümət bütün küçədəki etirazları basdıqmağa, etirazçıları cəzalandırmağa və insanları qorxutmağa qadir görünsə də, bu etirazların həcmi və dərinliyini azaltmağa yetərli gücdə deyil. Bunu görə bilirik.

Kirmani deyir ki, İslam Respublikası etirazları tamamilə yatırmaya qadir deyil.

“Hakimiyyətin gücünü dartdığımızda İran İslam Cümhuriyyəti bütün küçədəki etirazları basdırmağa, etirazçıları cəzalandırmağa və insanları qorxutmağa qadir görünsə də, bu etirazların həcmi və dərinliyini azaltmağa yetərli gücdə deyil. Bunu görə bilirik. Bu gün küçələrdə bəlkə bir ay bundan öncə ilə müqayisədə daha az etiraz olduğunu görürük, amma bu kəsinliklə etiraz dalğasının söndüyü və hakimiyyətin iddia etdiyi kimi bitdiyi mənasına gəlmir. Çünki, bunun əksini göstərən çox səbəblər var əlimizdə.”

Farsdilli media platformalarında etirazlara qatılmayan, ancaq İslam Respublikasını da dəstəkləməyən kəsimlərin iştirakınının vacibliyindən bəhs edilir.

Taha Kirmani hesab edir ki, “boz kəsim” adlandırılan səssiz əhalinin etirazlara dəstək verməsi üçün onların birbaşa küçələrə çıxması gərəkli olmaya bilər.

İşin sonunda bu etirazlar daha ciddiləşsə, hakimiyyətin yanında yer alan insanların şübhələri müəyyənedici olacaqdır.

“Əsasən bu boz bölümün iştirakından danışıldığı zaman bunlardan milyonların küçələrdə olması nəzərə alınmırdı. Doğrudur, əgər əsl məqsəd İslam Cümhuriyyəti rejiminin dəyişməsidirsə ki, bu gün anlaşılan bütün müxalif qüvvələrin ortaq qənaəti budur, bunun həyata keçirilməsi üçün ciddi kütlələrin küçəyə gəlməsi qaçılmaz bir şərtdir. Ancaq, o boz kəsimin, o səssiz qalan insanların iştirakı fərqli meyarlarla ölçülə bilər. Misal üçün, keçmiş etirazlara baxanda görürük ki, hakimiyyət bu dəfə öz dəstəkçilərini meydana gətirməkdə uğursuz oldu. Bu gün İslam Cümhuriyyətinin ən qaranti gördüyü bazasında belə ciddi zədələnmələr görürük. Yəni, bu etirazların günü küçələrdə gördüyümüzdən çox daha böyükdür,” jurnalist söyləyir.

Hüquq müdafiəçiləri etirazların başlamasından bəri ölkənin müxtəlif vilayətlərində yüzlərlə etirazçının öldürüldüyü və minlərlə vətəndaşın həbs edildiyini bildirirlər. Həbs edilən bir çox etirazçı “Allaha qarşı müharibə aparmaq”da günahlandırılaraq edam cəzasına məhkum edilib.

Edama məhkum edilən etirazçılardan Mohsin Şikari və Məcidrza Rəhnəvərdin hökmü tətbiq edilib. Onlar, etirazlar zamanı İslam İnqilabı Qvardiyasının (Sepah) könüllü Bəsic qüvvələrini yaralamaq və öldürmək iddiası ilə “Allaha qarşı müharibə aparmaq”da ittiham olunmuşdular.

Kirmani İslam Resublikasının bu edamlarla öz tərəfdalarına güc mesajı vermək istədiyini ifadə edir.

“Məncə hakimiyyətin bu edam cəzalarını birbaşa açıqlaması və necə açıqlamasına diqqət edəndə görürük ki, öz bazasına bir mesaj vermək istəyir. Məhkəmənin verdiyi qərar da son dərəcə anlamlıdır. İran İslam Cümhuriyyəti burada öz bazasını məmnun etmək və öz tərəfdarlarına güc mesajı vermək, onlara sahib çıxmaq mənasında mesaj verməyə çalışır. Yəni, etirazları basdırmaqda iştirak edən qüvvələrə ‘qorxmayın, mən arxanayızdayam, sizə zərər verənləri cəzalandırmaq üçün hər şeyi gözə alaram' mesajını verməyə çalışır. Çünki, işin sonunda bu etirazlar daha ciddiləşsə, hakimiyyətin yanında yer alan insanların şübhələri müəyyənedici olacaqdır,” Taha Kirmani əlavə edir.

XS
SM
MD
LG