Accessibility links

Sina Mirzayi: İran hakimiyyəti qeyri-mütənasib güc tətbiq edir, silahsız əhaliyə atəş açır


Sina Mirzayi
Sina Mirzayi

Politoloq və hüquq müdafiəçisi Sina Mirzayi Amerikanın Səsi ilə söhbətdə İran İslam Respublikasının sentyabr ayından bəri ölkədə davam etməkdə olan etirazları yatırmaq məqsədilə tətbiq etdiyi insan haqları pozuntuları və zorakılıq hallarını şərh edib.

İran hakimiyyətinin hərbi, yarı-hərbi və mülki geyimli qüvvələrinin müdaxiləsi nəticəsində nümayişlər zamanı yüzlərlə insan öldürülüb. Sina Mirzayi hakimiyyətin dinc etirazlara reaksiyasının vəziyyətinin ağırlığına mütənasib olmadığını vurğulayır.

please wait

No media source currently available

0:00 0:15:00 0:00
Direct link

"İran kimi avtokrat və diktator bir dövlətdə biz görürük ki, siyasi baxışın kölgəsi heç zaman insan haqlarının üzərindən əksik olmur. İnsan haqlarını tamamən ‘öz’ və ‘özgəyə’ ayırırlar. Bəlli insanları öz olaraq tanıyıb, onlara hər işi görmə haqqı tanıyırlar. Özgələri isə istədikləri şəkildə əzirlər və insan haqlarını ayaq altına alırlar" - deyə, Mirzayi İran dövlətinin insan hüuqları anlayışını şərh edir.

Silahlı əhalidən söhbət getmir, əli yalın insanlara atəş açılıb. Videolara baxdığımızda görürük ki, bu insanlar etirazların ilk iki həftəsində tamamilə barışçıl bir şəkildə çıxıb haqlarını istəyirlər.

Hüquq müdafiəçisi deyir ki, İranın təhlükəsizlik qurumları "nizamın yararı" kimi subyektiv bir anlayışı İran konstitusiyasından belə üstün tuturlar:

"Bir neçə gün əvvəl AHRAZ-a (insan haqları cəmiyyəti) gələn xəbərlərin biri belədir ki, etirazlarda tutulan bir şəxs müstəntiqə deyib ki, mən haqlarımı bilirəm və mənim konstitusiyada tərifləndiyi kimi etiraz haqqım var. Mən bu haqqımdan istifadə etmişəm və bu suç deyil. Sorğuya çəkən şəxs dəqiqən belə bir cavab verib ki, İranda bir konstitusiya var, bir qanun var, bir də ‘məsləhəti nizam’ (nizamın yararı) var".

Son həftələrdə xüsusilə İranın bəluç və kürd icmasının yaşadığı şəhərlərdən yayılan xəbərlər və görüntülərdə hakimiyyət qüvvələrinin etirazçılara atəş açdığı görünür. Hüquq müdafiəçiləri həmin bölgələrdə öldürülən onlarla vətəndaşın adlarını açıqlayıblar.

Sina Mirzayinin sözlərinə görə, "İran Qərbi Azərbaycan vilayətində, bəzi şəhərlərin küçələri hərbi maşınlarla dolub. Şəhərlərdə vəziyyət o qədər gərgindir ki, təhlükəsizlik qüvvələri hərbi vəziyyət alıblar. Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində baş verən hadisələrin birində əhaliyə birbaşa atəş açılıb. Silahlı əhalidən söhbət getmir, əli yalın insanlara atəş açılıb. Videolara baxdığımızda görürük ki, bu insanlar etirazların ilk iki həftəsində tamamilə barışçıl bir şəkildə çıxıb haqlarını istəyirlər. Qərbi Azərbaycanın Piranşəhr, Sulduz, Sərdəşt, Xoy və Bukan şəhərlərində də bu repressia gözə çarpır".

O, hakimiyyətinin etirazlara qarşı göstərdiyi reaksiyanın etirazların şiddəti ilə mütənasib olmadığını vurğulayır.

"Hüquq-müdafiə təşkilatlarının müşahidələri və araşdırmaları açıq şəkildə göstərir ki, hazırki vəziyyət heç də hakimiyyətin göstərdiyi reaksiyanın ağırlığı ilə mütənasib deyil. Yəni hakimiyyət qeyri-mütənasib güc tətbiq edir. Barışçıl və əli yalın insanlara hərbi silahlarla atəş açır. Fövqəladə vəziyyət yaratmaya çalışır. Hakimiyyət bununla insanları passivləşdirmək istəyir. Məsələn etirazlar ilə əlaqədar istədiyi kimi edam hökmü verir ki insanları qorxutsun. İşgəncə də bu vasitələrdən biridir. Məktəb içində öldürülən azyaşlı uşaqlar var. Uşaqlar tutulub işgəncəyə məruz qalırlar. Passivləşdirilmək üçün cinsi zorbalığa məruz qalırlar"-deyə, Sina Mirzayi əlavə edib.

XS
SM
MD
LG