Accessibility links

Tailand hökuməti insanları milli barışığa çağırır


Baş nazir cümə günü televiziya çıxışı zamanı bildirdi ki, hökumət dərin siyasi parçalanmanı aradan qaldırmaq üçün hələ də böyük bir sınaqla üzləşir.

Tailandın baş naziri Abhisit Vecaciva hökumət əleyhinə nümayişlərə qarşı zorakı basqılardan sonra ölkədə sabitliyi bərqərar etməyə çalışdığı bir zamanda insanları milli barışığa çağırır. Baş nazir cümə günü televiziya çıxışı zamanı bildirdi ki, hökumət dərin siyasi parçalanmanı aradan qaldırmaq üçün hələ də böyük bir sınaqla üzləşir. Bu arada şəhər işçiləri Banqkokda 1 milyard dollardan artıq zərərə səbəb olan qiyam və qarşıdurmalar nəticəsindəki dağıntıları təmizləyib. Qırmızı köynəklilər adlanan nümayişçilər şəhərdə 30 dan artıq yanğın törədərək ölkənin ən böyük alış-veriş mərkəzini yandırıb.Qırmızı köynəklilər və insan hüquqları qrupu dövlətin nümayişləri dağıtmaq məqsədi ilə zor tədbiq etməsini pisləyib.Qırmızı köynəklilərin mart ayında nümayişləri başladığndan bəri ən azı 83 nəfər öldürülmüş və 1800-dən artıq insan yaralanmışdır.

XS
SM
MD
LG