Accessibility links

Tailandda polislə etirazçılar arasında qarşıdurma olub


Martın 21-də Tailand polisinin paytaxt Banqkokdakı Böyük Saray yaxınlığında toplaşan izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz, rezin güllələr və su toplarından istifadə etməsi nəticəsində onlarla demokratiya tərəfdarı və polis məmuru yaralanıb.

Polis ən azı 20 nümayişçini hərəkətlərinin beynəlxalq standartlara uyğun olduğunu söyləyərək monarxiyanı təhqir etdiyinə və kütləvi toplanış qanunlarını pozduğuna görə həbs edib.

Banqkok polis sədrinin müavini Piya Taviçai jurnalistlərə "zorakılıqların etirazçılar tərəfindən qaynaqlandığını və polisin qanunu müdafiə etməli və milli sərvətləri qorumalı olduğunu" deyib.

Etirazçılar isə nümayişlərdə polisin həddindən artıq güc tətbiq etdiyini bildirib.

Sosial mediada yayılan videolarda polisin nümayişçilərlə toqquşması, insanları vurması və tapdalaması, bəzilərinin yaxınlıqdakı McDonald’s restoranına sığınmaq üçün qaçdıqları görünür.

Tailandın etiraz hərəkatı keçən il başlayıb. Bu, 2014-cü il hərbi çevrilişindən sonra hakimiyyəti ələ keçirən təqaüddəki ordu generalı Prayut Çan-oça hökuməti üçün ən böyük problemdir.

Demokratiya tərəfdarları baş nazir və hökumətindən hakimiyyətdən imtina, konstitusiya dəyişiklik etməsini tələb edərək, monarxiyanı islahatlara çağırıb.

Etirazçılar hərbi-monarxiya quruluşunun krala çox böyük səlahiyyət verdiyini və 2019-cu il seçkilərindən sonra Prayutun baş nazir kimi saxlanması üçün konstitusiya layihəsi hazırladığını deyir.

Prayut və tərəfdarları bu iddiaları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG