Accessibility links

Tailandda seçkilər etiraz aksiyaları fonunda keçib


Tailandda müxalifətin etiraz aksiyalarını davam etdirməsi ölkənin hər yerində yüzlərlə səsvermə məntəqəsinin bağlanmasına gətirib çıxarıb. Bu, aylardır sürən iğtişaşların sakitləşəcəyi ilə bağlı ümidlə keçirilən seçkilərin nəticələrinə birbaşa təsir göstərə bilər.

Aparıcı müxalifət partiyası olan Demokrat partiyası bazar günü seçkiləri boykot edib, nümayişçilər isə seçki bülletenlərinin paylanması və seçicilərin səsvermə məntəqlərinə daxil olmasının qarşısını alaraq, səsverməyə mane olub.

Səsvermənin nəticələrinin bir neçə həftədən sonra elan ediləcəyi gözlənilir. Qələbə əldə edəcək partiya isə səsvermənin qarşısı alınan məntəqələrdə sorğu keçirilənə qədər hökuməti təşkil etmək iqtidarında olmayacaq.

Qeyri-müəyyənliyə baxmayaraq, Baş nazir Yunqluk Şinavatra səsvermənin ölkədə siyasi gərginliyin aradan qaldırılması üçün yeganə yol olduğunu deyib.

Etiraz nümayişləri üç ay bundan əvvəl hazırkı baş nazirin öz qardaşı, keçmiş baş nazir Taksin Şinavatranı amnistiya etməsindən sonra başlayıb.

2006-cı ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən devrilmiş cənab Taksin korrupsiyada müqəssir bilinməsinə baxmayaraq, Tailandda nüfuzlu siyasətçilərdən biri olaraq qalır. O öz istəyi ilə Dubayda sürgündə yaşayır.
XS
SM
MD
LG