Accessibility links

Tailand mağarasından daha 4 uşaq xilas edilib (Yenilənir)


Tailand mağarasında ilişib qalan yeniyetmələrdən daha dördü xilas edilib. Media xəbərlərində xilas edilən oğlanların xəstəxanaya aparıldığı bildirilib.

Tailanddakı xilasedicilərln bildirdiyinə görə, mağarada qalan oğlanların və onların məşqçisinin xilas edilməsi yolunda işlər bu gün bərpa edilib.

Əməliyyata başçılıq edən Naqonqsak Osottanakorn artıq bütün avadanlığın, oksigen borularının hazır olduğunu, əməliyyatlatın ikinci hissəsinə saat 11 radələrində başlanıldığını bildirib.

Tailand rəsmiləri xilasetmə işlərində iştirak edən dalğıcların mağara şərtləri ilə tanış olduqları üçün əməliyyatları bazar ertəsinə keçirdiklərini deyib.

Bazar günü futbol komandasının dörd üzvü xilas edilib. Vetrolyot vasitəsilə Çianq Rey xəstəxanasına aparılan dörd oğlanın vəziyyətinin sabit olduğu, lakin hər hansı yoluxmadan ehtiyat edildiyindən bir müddət valideylərindən uzaq qalmaları deyilib.

Xilasetmə əməliyyatlarında xarici ölkələrin 13 və Tailand Hərbi Dəniz Qüvvələrinin isə 5 dalğıcı iştirak edir. Onların dünya boyu ən peşəkar dağlıclar hesab edilmələrinə baxmayaraq, bu əməliyyatlar onlar üçün də çox çətindir.

Mağarada ilişib qalan yeniyetmələrin taleyi ABŞ prezidenti Donald Tramp da daxil edilməklə, bütün dünyanın diqqət mərkəzindədir. “Uşaqların mağaradan sağ-salamat çıxarılması üçün Birləşmiş Ştatlar Tailand hökuməti ilə yaxından əməkdaşlıq edir. Oradakı insanlar çox cəsarətli və peşəkar insanlardır”- deyə, Tramp öz Tweeter səhifəsində bildirib.

XS
SM
MD
LG