Accessibility links

Tailand krallığına yeni lider təyin edilir


Tailandda vəliəhd Maha Vaciralonqkorn rəsmi olaraq şah adı ilə təltif olunaraq ölkənin yeni lideri elan ediləcək.

Vəliəhd atasının ölümünün 50-ci gününü qeyd etmək üçün buddist ibadətində iştirak edib.

Rəsmi hakimiyyət keçidi cümə axşamı Tailandın yüksək vəzifəli rəsmiləri Vaciralonqkornu şah olmağa dəvət edəndən sonra baş tutacaq.

Vaciralonqkorn dəvəti qəbul edəndən sonra isə ona 1782-ci ildən bəri Tailanda hökmranlıq edən Tailandın Çakri sülaləsinin 10-cu Raması, yəni şahı adı veriləcək.

Mərhum şah Bumibol Adulyade ölkəni 70 il idarə edib və o, bir çoxları tərəfindən siyasi iğtişaş zamanlarında sarsılmaz şəxsiyyət hesab edilirdi.

Vaciralonqkorn isə onun qədər populyar deyil və daim diqqət mərkəzində olmaqdan yayınır. Tailand şahı məhdud formal güclərə sahibdir.

Şah Bumibolun cənazəsi gələn il keçiriləcək mərasimdə yandırılacaq. Vaciralonqkornun tacqoyma mərasimi isə yalnız bundan sonra baş tuta bilər.

XS
SM
MD
LG