Accessibility links

Tailandda etirazlar davam edir


Tailannda minlərlə insan hökümətin təqiblərinə baxmayaraq şənbə günü yenidən Banqkok küçələrinə axışaraq baş nazir Prayut Çan-oçanın istefasını tələb edib.

Cümə günü polisin uşaqlar daxil olmaqla minlərlə etirazçını dağıtmaq üçün su şırnaqlarından istifadə etdiyi etirazlardan fərqli olaraq şənbə günü nümayişlər dinc keçib.

Fəallar hökümətin müxtəlif səylərinə, o cümlədən Banqkokun kütləvi nəqliyyat sistemini bağlamasına baxmayaraq ardıcıl olaraq dördüncü gün etiraz keçirməyə nail olublar.

Şənbə günü Banqkokdan əlavə azı altı başqa şəhərdə etirazlar Prayutun cümə axşamı beşdən çox insanın bir araya gəldiyi siyasi toplantıları qadağan edən və bütün etirazçıların həbsinə yol açan fövqəladə vəziyyət elan etməsinə rəğmən baş tutub.

Bir çox etirazçı polisin su şırnaqlarından istifadə etməsinin onları şənbə günü etirazda iştirak etməyə həvəsləndirdiyini deyib.

Polis ötən həftə bir neçə etiraz lideri daxil olmaqla 50-dən çox insanı həbs edib.

Kral Sarayı etirazlarla bağlı şərh verməsə də, Kral Maha Vajiralonqkorn deyib ki, ölkənin monarxiyanı və ölkəni sevən insanlara ehtiyacı var.

Demokratiya tərəfdarı fəallar üç ay öncə 2014-cü ildə baş verən çevriliş nəticəsində mülki höküməti devirərək hakimiyyətə gələn keçmiş ordu generalı Prayutu istefa verməyə məcbur etmək səbəbilə nümayişlər keçirməyə başlayıblar. O, ötən il seçkidə qalib gəlsə də, etirazçılar iddia edir ki, konstitusiya qanunları ordu tərəfindən yazıldığı üçün səsvermə onun lehinə saxtalaşdırılıb.

Nümayişçilər ölkə konstitusiyasına islahatlarla yanaşı Tailand monarxiyasının nüfuzunu azaltmaq istəyirlər. Monaraxiya Tailandın elitası arasında ilahi bir statusa sahibdir və sərt “lese majeste”, yəni hökmdara qarşı təhqir qanunu ilə qorunur. Bu qanuna əsasən monarxiyanı təhqir etməkdə təqsirli bilinən insanlara həbs cəzası verilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG