Accessibility links

Tayvanın xarici işlər naziri: Daha çox xarici nümayəndə heyətini məmnuniyyətlə qarşılayacağıq


Tayvanın xarici işlər naziri Cozef Vu
Tayvanın xarici işlər naziri Cozef Vu

Tayvanın xarici işlər naziri cümə günü onun hökumətinin Çinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin keçən həftəki səfərinə qəzəbli reaksiyasından çəkinmədiyini və başqa xarici nümayəndə heyətlərinin də Taypeydə “böyük məmnuniyyətlə” qarşılanacağını bildirib.

Amerikanın Səsinə eksklüziv müsahibəsində xarici işlər naziri Cozef Vu Pelosinin səfərinə cavab olaraq Çinin keçirdiyi hərbi təlimləri tənqid edərək, Pekini Tayvan Boğazında “status-kvonu pozmaqda” günahlandırıb.

Vu deyib ki, heç bir ölkə Tayvanın öz xarici siyasətini həyata keçirməsinə mane ola bilməz.

O, “unutmamalıyıq ki, əgər düzgün işlər görürüksə, Çinin qəzəbi bizə bunu etməyə mane ola bilməz” deyib. “Onlar Tayvanı hərbi yolla təhdid etmək üçün həmişə bəhanələr tapa bilər” deyə, əlavə edib.

Pelosinin səfərindən sonra Çin Tayvanı bir neçə gün ərzində görünməmiş irimiqyaslı hərbi təlimlərlə mühasirəyə alıb. Çin dövlət mediası təlimləri adanı işğal etmək və ya mühasirəyə almaq üçün məşqlər kimi qiymətləndirib.

Buna baxmayaraq, Çinin reaksiyası demokratik şəkildə idarə olunan adaya dəstək göstərmək istəyən oxşar yüksək səviyyəli xarici nümayəndə heyətlərinin səfərlərinə mane olmur.

“The Guardian”-nın bildirdiyinə görə, Britaniya qanunvericilərindən ibarət yüksək səviyyəli bir qrup bu ilin sonunda Tayvana səfər etməyi planlaşdırır. ABŞ Nümayəndələr Palatasında azlıq lideri Kevin Makkarti də bu yaxınlarda bildirib ki, əgər onun Respublikaçılar Partiyası noyabrda keçiriləcək aralıq seçkilərində qalib gələrsə, Nümayəndələr Palatasının sədri kimi Tayvana səfər edəcək.

“Biz dəstəklərini göstərmək üçün Tayvana gəlmək istəyən hər kəsi qarşılamaqdan məmnunuq” - deyə, Vu Amerikanın Səsinə müsahibəsində bildirib.

ABŞ Konqresinin nümayəndə heyətlərinin müntəzəm olaraq Tayvana həmrəylik səfərləri etmələrinə baxmayaraq ki, Pelosinin səfəri ABŞ Nümayəndələr Palatasının spikeri kimi son 25 ildə ilk dəfə idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG