Accessibility links

Taleh Bağırzadənin həyat yoldaşının cinayət işinə xitam verilib


"Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə barəsində cinayət işinə xitam verilib.

Bu barədə Amerikanın Səsinə vəkil Fəxrəddin Mehdiyev bildirib.

Vəkilin sözlərinə görə, bu gün müstəntiq işdə cinayət tərkibinin olmadığını əsas gətirərək cinayət işinə xitam verildiyini deyib.

Sentyabrın 27-də Leyla İsmayılzadəyə Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) ittihamı verilib.

Penitensiar Xidmətin məlumatına görə, bu il martın 21-də Leyla İsmayılzadə Qobustan Qapalı Həbsxnasında saxlanlılan həyat yoldaşı ilə görüşə gələndə mobil telefon və danışıq kartı keçirmək istəyib.

Leyla İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG