Əfqanıstanda Taliban qrupu hər il olduğu kimi yay mövsümü döyüşlərin başlandığını elan edib.
Əfqanıstan rəsmiləri bazar ertəsi qoşa bomba partlayışlarının ardınca Talibanın yeni hücumlarından ehtiyat edir.
Motosikletdə olan intiharçının hücumu nəticəsində ölkənin Pakistanla sərhəddə şərq bölgəsinə yollanan ordu sıralarına qoşulmuş azı 12 nəfərin ölümünə səbəb olub. Onlarla insan hücum zamanı yaralanıb.
Bundan bir qədər əvvəl Kabilin şərqində avtobusda törədilmiş digər bir bomba hücumu isə azı bir nəfərin ölümünə səbəb olub.
Ölkənin sabiq radikali islamçı rəhbərləri hücumu təsdiqləyib. Builki kampaniya Molla Məhəmməd Ömərin şərəfinə “Ömər Əməliyyatı” adlanır. Taliban 2013-cü ildə ölmüş Molla Məhəmməd Ömərin ölüm xəbərini yalnız keçən il açıqlanıb.
Qrup Əfqanıstanda hələ də mövcud olan NATO qoşunları da daxil olmaqla hökumət qərərgahlarına genişmiqyasda hücumlar, intiharçı partlayışlarının həyata keçirilməsinə söz verib.