Accessibility links

Nəyə görə Əfqanıstandakı Talibanın adı terrorçu siyahisinda deyil? [Təhlil]


Onların ikisi də özünü Taliban adlandırır. İntiharçı bomba hücumları həyata keçirmək, mülki vətəndaşları qətlə yetirməklə qəddar terrorçu qruplaşmaları kimi davranırlar. Bəs nəyə görə Pakistanın Təhriki-Taliban qrupunun adı Dövlət Departamentinin Xarici Terrorçu Təşkilatları siyahısında yer alır, Əfqanıstandakı Talibanın adı isə həmin siyahıda yoxdur?

Bu düzdür ki, Əfqanıstandakı Taliban hərəkatının böyük bir əraziyə nəzarət etdiyi və bütün ölkəni idarə etmək istədiyi bir vaxt Pakistandakı Taliban yalnız terrorçu bir təşkilat olaraq qalır. Lakin Əfqanıstandakı Talibanın adının terrorçular siyahısında olmamasının əsas səbəbi bu qrupun qanunla müəyyən edilmiş kriteriyalara uyğun olub-olmamasının hələ də nəzərdən keçirilməsidir.

Dövlət Departamentinin terrorçu adlandıracağı təşkilat terrorla birbaşa əlaqədə olmalı və mütləq Birləşmiş Ştatların milli təhlükəsizliyinə, eləcə də vətəndaşlarına hədə olmalıdır. Əfqanıstandakı Taliban isə hər iki kriteriyaya uyğun gəlir.

Siyasi müstəvidə əsas olan Əfqan Talibanının adını İslam Dövlətinin Əfqanıstandakı qolundan tutmuş fələstinlilərin Həmas qrupunun da daxil edildiyi 61 terrorçu təşkilatı siyahısından uzaq tutmaqdır. Belə ki, qrupun bu qara sıyahıya salınması onun ABŞ və Əfqanıstan rəsmiləri ilə diplomatik əlaqələrini məhdudlaşdıra bilər.

Tramp administrasiyası “düşməni adı ilə çağır” devizi ilə islamçı terror qruplarına qarşı mübarizənin gücləndirilməli olduğunu deyir. Bu isə Əfqanıstan müharibəsinin strategiyasını dəyişmək deməkdir.

Birləşmiş Ştatların Əfqanıstandakı ordusunun komandiri, general Con Nikolson Amerikanın Səsinə müsahibəsində Əfqanıstandakı Talibanı terrorçu təşkilat adlandırıb-adlandırmamağın yeni administrasiyanın bu ölkə ilə bağlı müzakirələrində ən başlıca məsələ olacağını deyib.

General Nikolson onu da əlavə edib ki, Birləşmiş Ştatlar Senatının Silahlı Qüvvələr Komitəsinin məlumatında ABŞ-ın terrorçu adlandırdığı 98 qrupdan 20-sinin Əfqanıstan və Pakistanda olduğu deyilir. O, bu səbəbdən Birləşmiş Ştatların Əfqanıstanda terrorizmlə mübarizə platformasını genişləndirməli olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG