Əfqanıstanın hökumət müzakirəçiləri və Taliban rəsmiləri Türkiyədə qeyri-rəsmi müzakirələrə başlayıb. Müzakirələr zamanı rəsmi danışıqlara yol açacaq mexanizmlər gündəmə gətirilib. Görüş iştirakçıları müzakirələrin Türkiyə hökumətinin vasitəçiliyi ilə keçirildiyini bildirib.
Talibanın Qətərdə yerləşən ofisinin nümayəndələri və digər qrupların təmsilçiləri də danışıqlara qatılıb. Lakin Talibanın sözçüsü Zabihulla Mücahid isə qrupun nümayəndələrinin görüşdə iştirakını danıb.
Türkiyə görüşü BMT-nin Təhlükəsizlik Şurasının nümayəndələrinin Kabildə Əfqanıstan rəsmiləri ilə təhlükəsizlik və siyasi məsələləri müzakirə etdiyi vaxta təsadüf edir.
Əfqanıstan hökumətinin təmsilçiləri və 15 üzvlü şuranın nümayəndə heyəti müzakirələrlə bağlı məlumat vermir.
Görüş ciddi təhlükəsizlik tədbirləri altnda keçirilir.
Yerli siyasətlər gündəmdə
Əfqanıstanın Balx vilayətində qubernatorun vəzifəsini tərk etməkdən imtina etməsi ilə gərginliklər artıb. O, prezidentin sərəncamı ilə bir ay əvvəl vəzifəsindən kənarlaşdırılıb.
Qüdrətli regional fiqur kimi tanınan Əttah Məhəmməd Nur 13 il vilayətə qubernatorluq edib. O, prezident Əşrəf Qaninin onu vəzifəsindən kənarlaşdırmaq səlahiyyətinə malik olmadığında israr edir.
Mərkəzi hökumətin koalisiyasında mühüm yer tutan Cəmaete-İslami partiyasının sədri Nur Qanidən vəzifəsini tərk etmədən öncə bir neçə şərtinin yerinə yetirilmədini tələb edir.
Siyasi qarşıdurma onsuz da ağır vəziyyətdə olan iqtisadiyyata ciddi ziyan vurur. Biznes mərkəzləri yerli valyutanın tarixi bir devalvasiya yaşadığını deyir.