Accessibility links

Taliban üsyançıları Əfqanıstan ordusunun 14 əsgərini öldürüb, NATO konvoyuna hücum edib


Taliban üsyançıları Əfqanıstan hərbi qüvvələrinin azı 14 əsgərini ölkənin cənubundakı Helmənd vilayətində hücum zamanı qətlə yetirib.

Rəsmilərin bildirdiyinə görə, üsyançılar vilayətin paytaxtı Ləşkərgah yaxınlığında polis postuna hücum edib, lakin təhlükəsizlik qüvvələri onlara müqavimət göstərərək, əks hücuma keçib. Şiddətli atışmada Taliban üsyançılarının ağır itkilər verdiyi bildirilir.

Taliban qüvvələrinin sözçüsü hücumu təsdiq edib və hökumət qüvvələri tərəfindən tələfatların sayının daha artıq olduğunu bildirib.

ABŞ-ın xüsusi təyinatlı qüvvələri və Əfqanıstan hərbi qüvvələrinin əsgərləri
ABŞ-ın xüsusi təyinatlı qüvvələri və Əfqanıstan hərbi qüvvələrinin əsgərləri

Bununla yanaşı, qonşu Qəndəhar vilayətində intiharçı bomba hücumçusu NATO qüvvələrinin konvoyu yaxınlığında partlayıcılarla dolu maşını partladıb.

Vilayətin polis şöbəsinin sözçüsü Mətiullah Helal Amerikanın Səsinə bildirib ki, partlayış nəticəsində yaxınlıqda olan bir qadın həyatını itirib, beş nəfər mülki vətəndaş isə yaralanıb. Hadisə zamanı xarici ölkə qüvvələrini əsgərlərinə zərər dəyməyib.

Taliban üsyançıları Əfqanıstan təhlükəsizlik qüvvələri və NATO-nun ölkədəki missiyasının maşın karvanlarını hədəf alır. NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası əsas etibarilə ABŞ əsgərlərindən ibarətdir.

Dünyaya Baxış

Dünyaya Baxış - 26 iyul 2021
please wait

No media source currently available

0:00 0:11:16 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG