Accessibility links

Əfqanıstanda xarici vətəndaşların yaşadığı ərazidə bomba hücumu baş verib


Əfqanıstan rəsmiləri bildirib ki, Kabilda intiharçı bomba hücumu nəticəsində azı iki təhlükəsizlik işçisi həlak olub.

Daxili işlər nazirliyinin sözçüsü kiçik yük maşınına yerləşdirilmiş partlayıcıların çərşənbə axşamı səhər şəhərin xaricilərin yaşadığı Pul-e-Çarki hissəsində partladıldığını bildirib.

Partlayış kilometrlərlə uzaqda olan binaların pəncərələrinin sınmasına səbəb olub, hadisənin baş verdiyi yeri qatı tüstü bürüyüb.

Partlayışa görə məsuliyyəti öz üzərinəTaliban qrupu götürüb.

Hadisə xarici şirkətlərin işçilərinin yaşadığı və beynəlxalq hərbi bazanın yerləşdiyi ərazidə baş verib. Əfqanistanın dövlət təhlükəsizlik idarəsinin bölmələrindən biri də partlayışın baş verdiyi ərazinin yaxınığında yerləşir.

Təhlilçilər bomba hücumunun xarici qüvvələr, Əfqanıstan hökumət rəsmilərini və təhlükəsizlik qüvvələrini hədəf aldığını hesab edir.

Bazar günü millət vəkili Şükriyə Barakazay parlament binası yaxınlığında avtomobillə keçərkən Kabilda baş vermiş intiharçı bomba hücumu zamanı sağ qalıb. Üç mülki vətəndaş partlayış zamanı həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG