Accessibility links

Taliban Kunduz şəhərində "böyük hücum" həyata keçirib


Əfqanıstan təhlükəsizlik qüvvələri Kunduzda
Əfqanıstan təhlükəsizlik qüvvələri Kunduzda

Taliban Əfqanıstanın əsas şəhərlərinən biri olan Kunduzda geniş-miqyaslı hücuma başlayıb və xəstəxanadakı pasiyentləri girov götürüb. Bu barədə şənbə gün hökümət bildirib. Eyni zamanda qiyamçı qrup Birləşmiş Ştatlarla ölkədə uzun illərdir davam edən müharibəyə son qoymaq üçün danışıqlar aparır.

Bütün xarici qüvvələrin Əfqanıstanı tərk etməsini tələb edən militantlar hazırda ölkənin demək olar yarısına nəzarət edir və 2001-ci ildə ABŞ-ın ölkəyə müdaxiləsindən bəri ən güclü mövqeyə sahibdirlər.

Biz asanlıqla hücum edə bilərik, amma mülki vətəndaşlar arasında itkilərin olmasını istəmirik.
Ruhullah Əhmədzai

Prezidentin sözçüsü Sediq Sediqqi deyib ki, Əfqanıstanın təhlükəsizlik qüvvələri Kunduzun bəzi hissələrində hücum qarşısını alıb. Kunduz paytaxt Kabildən 200 kilometrlik məsafədə yerləşən strateji şəhərdir.

Sediqqi müxbirlərə bildirib ki, “hücum tamamilə sülh danışıqlarının əleyhinədir” və əlavə edib ki, militantlar mülki vətəndaşların arasında gizlənir.

Taliban Kunduzda xəstəxananın nəzarətini ələ keçirib və döyüşdə iştirak edən hər iki tərəf arasında tələfatlar olub. Bu barədə valiayət şurasını üzvü Qulam Rəbani Rəbani The Associated Press agentliyinə bildirib.

Müdafiə Nazirliyinin sözçüsü Ruhullah Əhmədzai müxbirlərə deyib ki, militantlar hospitaldakı pasiyentləri girov götürüb.

“Biz asanlıqla hücum edə bilərik, amma mülki vətəndaşlar arasında itkilərin olmasını istəmirik”, o deyib.

Əhmədzai bildirib ki, hava hücumu nəticəsində 16 Taliban döyüşçüsü öldürülüb, lakin o, mülki vətəndaşlar və ya Əfqanıstanın təhlükəsizlik qüvvələri arasında tələfatın olduğunu bildirməyib.

Vilayət polis idarəsinin rəisi Səyid Sərvər Hüsseyni deyib ki, Taliban gecə şəhərin bir neçə nöqtəsindən “genişmiqyaslı hücumlar” edib.

NATO-nun Əfqanıstandakı missiyasının rəsmiləri alyans qüvvələrinin hücuma cavab verib-vermədiyini bildirməyib.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad

ABŞ nümayəndəsi Zalmay Xəlilzad Qətərdə Taliban liderləri ilə 18 ildir davam edən müharibəyə son qoymaq üçün danışıqlar apardığı vaxt belə, qrup mülki vətəndaşlar və təhlükəsizlik qüvvələrinə qarşı hücumlarını davam etdirir.

Talibanın sözçüsü deyib ki, danışıqlar şənbə günü davam edib. Hər iki tərəf son günlərdə razılıq əldə etməyə yaxın olduğuna işarə edib. Əfqanıstan prezidentinin sözçüsü deyib ki, Xəlilzad höküməti razılığın təfərrüatları barədə məlumatlandırmaq üçün Kabilə səfər edəcək.

Daxili işlər nazirinin sabiq müavini, təhlilçi Mirzə Məhəmməd Yatmand deyib ki, Kunduza hücum Talibanın Qətərdə müzakirə olunan atəşkəsin əldə olunmasında marağının olmadığını göstərir.

XS
SM
MD
LG