Accessibility links

Pakistan Talibanı lideri öldürülüb


Hərbi rəsmilərin təsdiqlədiyi məlumata görə, Amerika dronunun Əfqanıstanın şərq sərhədi boyunca apardığı əməliyyatlar nəticəsində Pakistan Talibanı liderinin yeri müəyyən edilib və öldürülüb.

Anonim qalmaq istəyən ABŞ rəsmisi bildirib ki, çərşənbə günü təşkil edilən dron hücumunun əsas hədəfi Əfqanıstanın Kunar əyalətindəki Pakistanın Tehrik-e-Taliban qrupunun başçısı Millah Fazullah olub.

Pakistanın kəşfiyyat mənbələri dron hücumunu təsdiqləyib. Hücum Kunar əyalatini Pakistanla birləşdirən dağlıq Maravara rayonunda baş verib.

Pakistanın Tehrik-e-Taliban qrupunun sözçüsü liderlərinin öldürülməsi barədə şərh verməyib amma kəşfiyyat qaynaqlarından Amerikanın Səsinə bildiriblər ki, Fazlullahın varisini təyin etmək üçün militant qrup artıq görüşlər keçirməyə başlayıb.

Pentaqon rəsmiləri isə hücumun müvəffəqiyyətli olub-olmadığı ilə bağlı şərh verməkdən imtina edib.

ABŞ tərəfi Millah Fəzlullahı militant qrupa başçılıq eləməyə başladığı 2013-cü ildən etibarən Amerika və Pakistan hədəflərinə qarşı çoxsaylı hücumlar etməkdə günahlandırır.

2014-cü ilin dekabr ayında Pişəvərdə yerləşən Ordu məktəbinə olunan hücum nəticəsində 130-dan çoxu uşaq olmaqla 151 nəfər öldürülmüşdü.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG