Accessibility links

Taliban 20 məhbusu azad edib


Taliban bazar günü 20 nəfərdən ibarət məhbus qrupunu azad edib.

Bu addım 300 Taliban məhbusunin azad edilməsindən bir neçə gün sonra atılıb.

“Bu gün Əfqanıstanın İslam Əmirliyi tərəfindən Kabil administrasiyasının 20 məhbusu azad edilərək, Qəndəhardakı hökumət nümayəndəliyini təhvil verilib” - deyə, Taliban sözçüsü Suheyl Şahin tvit edərək bildirib.

Çərşənbə günü Əfqanıstan hökuməti sərt-xətt tərəfdarı islamçılarla məhbus mübadiləsi mövzusunda danışıqların təxirə salınmasına baxmayaraq, sülh prosesində ilk addım olaraq 100 Taliban məhbusunu azad edib.

Məhkumların sərbəst buraxılması məsələsindəki fərqlər ABŞ-ın Əfqanıstanda 18 ildən çoxdur davam edən münaqişəyə son qoymaq üçün vasitəşilik etdiyi sülh prosesini çətinləşdirir.

Birləşmiş Ştatlar və Taliban arasında fevral ayında Dohada əldə edilən razılıq Əfqanıstanda 19 ilə yaxındır davam edən müharibəyə son qoyulması və ölkəyə yerləşdirilən minlərlə amerikalı əsgərin geri gətirilməsi üçün zəmin yaradıb.

ABŞ-ın baş vasitəçisi Zalmay Xəlilzad və Talibanın siyasi məsələlər üzrə sədr müavini Molla Əbdül Qani Bəradər razılığı Qatarın paytaxtında bir hoteldə keçirilən mərasimdə imzalayıblar. Mərasimdə ABŞ-ın dövlət katibi Mayk Pompeo və bir sıra ölkələrin xarici işlər nazirlərləri iştirak edib.

Razılığa əsasən, Vaşinqton və müttəfiqləri Əfqanıstan torpaqlarının transmilli terrorçu qruplara sığınacaq olmayacağına dair zəmanətlər müqabilində bütün hərbi qüvvələri 14 ay ərzində Əfqanıstandakı beş bazadan çıxaracaq.
Həm də Əfqanıstan hökumətinin 5 min Taliban məhbusunu azad etməsi müqabilində, Taliban əsasən hökumətin təhlükəsizlik qüvvələri olmaqla, min məhbusu azad etməlidir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG