Accessibility links

Qani: Talibanın 3 yüksək rütbəli məhbusu 2 qərbli ilə mübadilə ediləcək


Əfqanıstan prezidenti Əşrəf Qani Talibanın 3 yüksək rütbəli məhbusunun qrup tərəfindən uzun müddətdir saxlanılan 2 qərbli ilə mübadilə ediləcəyini bildirib.

Qani məhbusların mübadiləsi xəbərini milli televiziya ilə çıxışı zamanı bəyan edib. O bildirib ki, mübadilə Talibanla sülh müzakirələri çərçivəsində həyata keçirilir.

Əfqanıstanın dövlət başçısı bu ağır qərarın əfqan xalqının maraqları nəzərə alınaraq verildiyini deyib.

Anas Haqqani
Anas Haqqani

Taliban üçlüyünə Talibanla əlaqəsi olan şəbəkə liderinin qardaşı Anas Haqqani, komandirlər Haci Xan və Hafiz Rəşid daxildir. Onlar Əfqanıstan hökuməti tərəfindən 2014-cü ildə ələ keçirilib.

Qərblilərə isə Avstraliyadan Timoti Viks və amerikalı Kevin Kinq daxildir. Kabildəki Amerika Universitetinin professorları 2016-cı ilin avqustunda girov götürülüb.

Avstraliyalı Timoti Viks (solda) və amerikalı Kevin Kinq (sağda)
Avstraliyalı Timoti Viks (solda) və amerikalı Kevin Kinq (sağda)

Əfqanıstanın sabiq sətr-xətt tərəfdarı idarəçiləri 2001-ci ildə Talibanın ABŞ qüvvələri tərəfindən devrilməsindən sonra qanlı kampaniyalar aparırdı.

Qrup Nyu-York və Vaşinqtona qarşı 11 sentyabr terror hücumlarının arxasında duran Əl-Qaidə lideri Üsamə Bin Ladenə sığınacaq verməkdə ittiham edilirdi.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG