Accessibility links

Taliban: Müşərrəf Pakistana qayıtsa öldürəcəyik!


Pakistan Talibanı bildirir ki, sabiq prezident Pərviz Müşərrəf parlament seçkilərindən iştirak üçün ölkəyə qayıtsa, ona qarşı sui-qəsd həyata keçirəcəklər.

Qərb media qurumları Taliban nümayəndəsinə istinadən bildirir ki, yaraqlı qrup sabah ölkəyə qayıtmağı planlaşdıran cənab Müşərrəfi öldürmək üçün intiharçı dəstəsi hazırlayıb.

Pərviz Müşərrəf prezident olarkən ABŞ-ıa yaxın münasibətlər saxlayaraq Vaşinqtonun terrorizmlə mübarizə səylərini dəstəklədiyinə görə Talibanın qəzəbinə tuş gəlmişdi.

1999-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş sabiq Birgə Qərargahlar rəisinin London və Dubayda 4 illik mühacirət həyatından sonra Kəraçiyə qayıtması gözlənilir.

Pərviz Müşərrəf daha əvvəl bildirmişdi ki, o, mayın 11-də keçiriləcək parlament seçkilərində təsisçisi olduğu Pakistanın Bütün Müsəlman Liqasına rəhbərlik edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG