Accessibility links

Taliban əfqan qadınlara ictimai yerlərdə çadra geyinməyi əmr edib


Taliban şənbə günü bildirib ki, Əfqanıstanda qadınların ictimai yerlərdə çadra taxmaları məcburi olacaq. Bu, islamçı qrupun doqquz ay öncə hakimiyyətə qayıtmasından bəri qadınlar hüquqlarına tətbiq etdiyi ən son məhdudiyyətdir.

Taliban lideri Hibatullah Axundzadə bütün əfqan qadınların bu tələbə ciddi şəkildə əməl etmələrini tələb edən fərman verib. Bu barədə Əxlaqın Təşviqi və Nöqsanların Qarşısının Alınması Nazirliyi Kabildə keçirilən mətbuat konfransında məlumat verib.

Nazirlik açıqlamasında bildirib ki, qadın evdən bayıra çıxanda üzünü örtməsə, onun kişi “qəyyumu,” yəni atası, qardaşı və ya əri xəbərdarlıq alacaq, daha sonra isə o, üç gün müddətinə həbs oluna bilər. Açıqlamada qey olunur ki, qadın fərmanı pozmağa davam etsə, onun qəyyumu daha sərt cəza almaq üçün məhkəmə qarşısına çıxarılacaq.

Nazirlik bildirib ki, qadın dövlət qulluqçuları üzlərini örtməsələr işdən qovulacaqlar, kişi işçilər də qadın ailə üzvləri fərmanı pozmaqda təqsirli bilinsə, işdən qovulacaqlar.

Açıqlamada çadra hicabın ən yaxşı növü kimi təsvir edilib və onun “Əfqan mədəniyyətinin bir hissəsi olduğu və əsrlər boyu istifadə edildiyi” vurğulanır. Həmçinin qeyd olunur ki, qadınlar üçün üstünlük verilən digər hicab növü “nazik və ya dar” olmayan uzun qara örtükdür.

Mühafizəkar Əfqanıstanda qadınların əksəriyyəti dini və mədəni səbəblərdən hicab taxırlar, lakin Kabil kimi şəhərlərdə çoxları üzlərini örtmürlər.

Tənqidçilər Talibanı çadranı məcburi etdiyinə və ölkənin təxminən 40 milyon əhalisinin 50 faizinin azadlıqlarını pozduğuna görə qınayıb və bunun beynəlxalq ictimaiyyəti, eləcə də donorları daha da uzaqlaşdıracağı barədə xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG