Accessibility links

Taliban və Rusiya koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasına çağırıb


Taliban və Rusiya birgə bəyanatla çıxış edərək, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasına çağırıb.

Talibanın lideri xaricilərin hərbi mövcudluğunu pisləyərək, bunu ölkədə sülhün bərqərar edilməsinə ən böyük maneə adlandırıb.

Əfqanıstan münaqişəsinin hərbi yolla həlli mövcud deyil. Bu, yalnız diplomatiya və siyasətə əsaslanmalıdır

Molla Əbdul Qani Baradr bunları Moskvada Rusiya və Əfqanstan nümayəndələrinin yığıncağında bildirib.

Rusiyada keçirilən tədbir Rusiya ilə Əfqanıstan arasında diplomatik əlaqələrin 100 illiyi münsibəti ilə təşkil edilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində xarici qüvvələrin Əfqanıstandan çıxarılması çağırışını aıqışlayıb. O, qarşılıqlı əlaqələrin əhəmiyyətini qeyd edərək, Rusiyanın İŞİD və narkotik qaçaqmalçılıqla mübarizədə Əfqanəstana daha artıq yardım göstəriləcəyini bildirib.

"Əfqanıstan münaqişəsinin hərbi yolla həlli mövcud deyil. Bu, yalnız diplomatiya və siyasətə əsaslanmalıdır. Xarici qüvvələr ölkədən çıxmalı, əfqan xalqı bir araya gəlib vəziyyətdən çıxış tapmalıdır" , Rusiyanın xarici işlər naziri vurğulayıb.

​Tədbirə qatılanlar arasında Əfqanıstanın keçmiş prezidenti Həmid Karzai və Əfqanıstanın Sülh Şurasının rəhbəri Məhəmməd Kərim Xəlili də var.

Vaşinqton hərbi qüvvələrin Əfqanıstandan çıxarılmasını Taliban tərəfindən əks-terror əməliyyatlarının dayandırılması, hərtərəfli atəşkəs və üsyançı qrupun düşmənçiliyə son qoyulması üçün Əfqanıstan hökuməti və digər qruplarla sülh dialoqunda iştirakına dair qarantiyalarla əlaqələndirir.

Bu, Talibanın yüksək səviyyəli rəsmiləri və Əfqanıstan müxalifətinin nümayəndələrinin Rusiyada keçirəcəyi ikinci görüşüdür.

Bu ilin fevral ayında keçirilən ilk görüşdə üsyançıların etirazlarına görə Əfqanıstan hökumətinin nümayəndələri iştirak etməmişdi.

XS
SM
MD
LG