Accessibility links

Taliban qrupu Trampı ABŞ hərbi qüvvələrini Əfqanıstandan çıxarmağa çağırıb


Əfqanıstanda Taliban qrupu prezident Donald Trampa açıq məktubda ABŞ hərbi qüvvələrinin ölkədə 16 ildir sürən müharibədən sonra Əfqanıstandan çıxarılması çağırışını bir daha təkrar edib.

Talibanın sözçüsü Zəbiulla Mücahid tərəfindən jurnalistlərə göndərilmiş ingilis dilində uzun məktubda üsyançı qrup Trampın onun sələflərinin ABŞ-ın Əfqanıstandan çıxış strategiyasını nəzərdən keçirməklə yol verdiyi səhvləri etiraf etdiyini qeyd edib.

Bununla belə, Mücahid bildirib ki, Tramp ABŞ-ın Əfqanıstan siyasətinin hərbi qüvvələrə həvalə etməməlidir və bunun əvəzinə Birləşmiş Ştatların hərbi qüvvələrinin ölkədən çıxarılmasını elan etməli və administrasiyanın planlaşdırdığı kimi əsgəri qüvvənin sayını artırmamalıdlr.

ABŞ hərbi qüvvələri Əfqanıstan milli ordusunun üzvlərinə təlim keçir
ABŞ hərbi qüvvələri Əfqanıstan milli ordusunun üzvlərinə təlim keçir

Məktubda deyilir ki, ABŞ hərbi qüvvələrinin ölkədən çıxarılması müharibəyə son qoyulmasına yol aça bilər.

Birləşmiş Ştatların Əfqanıstanda hazırda 8 min 400 nəfərdən ibarət əsgəri qüvvəsi var.

Tramp Pentaqonun Əfqanıstana əlavə 4 min nəfərlik qüvvənin göndərilməsinə dair tövsiyələrinə müqavimət göstərir. Pentaqon bu qüvvələrin sayının Əfqanıstan hərbi qüvvələrinə təlim keçmək və ABŞ-ın əks-terror əməliyyatlarına yardım məqsədilə artırılmasına çalışır. ABŞ hərbi kontingentinin sayının artırılması Əfqanıstanda sabitliyin bərqərar olması işinə regional qüclərin cəlb olunması səyləri də daxil olmaqla, daha geniş strateji səylərlə bərabər təxirə salınıb.

ABŞ-ın Əfqanıstan üzrə baş inspektorunun bu yaxınlarda açıqladığı hesabatda Talibanın ölkə ərazisinin təxminən 50 faizinə nəzarət etdiyi bildirilir.

XS
SM
MD
LG