Accessibility links

Taliban dondurulmuş aktivlər qaytarılmasa, ABŞ-a qarşı siyasətini "nəzərdən keçirəcəyini" bildirib


Taliban fighters walk at the frozen Qargha Lake, near Kabul, Afghanistan, Feb. 11, 2022.
Taliban fighters walk at the frozen Qargha Lake, near Kabul, Afghanistan, Feb. 11, 2022.

Əfqanıstanın sərt İslamçı idarəçiləri deyir ki, Prezident Co Baydenin administrasiyası Birləşmiş Ştatlarda dondurulan 7 milyard aktivin tamamını qaytarmaqdan imtina etsə, onlar Birləşmiş Ştatlara qarşı siyasətlərini “yenidən nəzərdən keçirməyi” planlaşdırırlar.

Prezident Bayden ötən cümə günü bankları dondurulmuş aktivlərdən 3.5 milyardı Əfqanıstanda humanitar yardım üçün nəzərdə tutulan trast fonduna ayırmağa çağıran sərəncam imzalayıb. Qalan 3.5 milyard ABŞ-da terror qurbanlarının, xüsusilə də 11 sentyabr hücumlarının bəzi qurbanlarının hələ də davam edən məhkəmə iddiaları üzrə ödənişləri maliyyələşdirmək üçün istifadə olunacaq.

Talibanın sözçüsü bazar ertəsi bəyanat yayaraq bildirib ki, 11 sentyabr hucumlarının “Əfqanıstanla heç bir əlaqəsi yoxdur.” Sözçü deyib ki, Əgər Birləşmiş Ştatlar mövqeyini dəyişməsə və təxribatçı hərəklətlərini davam etsə, İslam Əmirliyi ölkəyə qarşı siyasətini nəzərdən keçriməyə məcbur olacaq.”

Taliban 11 sentyabr hücumları zamanı Əfqanıstanda hakimiyyətdə idi və Əl Qaidə terro təşkilatının başçısı və ABŞ-sa hücumların təşkilatçısı Üsamə bin Ladenə sığınacaq vermişdi. Hücumdan həftələr sonra ABŞ-ın başçılığı ilə Əfqanıstana hərbi müdaxilə nəticəsində Vaşinqtonun bin Ladei təhvil vermək tələbini rədd edən Taliban devrildi.

ABŞ-ın ötən avqust ayında Əfqanıstandan geri çəkilməsi ilə təxminən 20 il davam edən müharibəyə son qoyuldu, lakin Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq yardım qrupları deyir ki, Əfqanıstan ən pis humanitar böhranlardan biri ilə üzləşir, buna səbəb ilə qırx ildir davam edən münaqişə və təbii fəlakətlərdir.

BMT-nin hesablamalarına görə, ABŞ-ın qoşunlarını Əfqanıstandan geri çəkməsi nəticəsində ölkənin yoxsulluğun təsirinə məruz qalmış əhalisinin yarısından çoxu, yəni təxminən 24 milyon əfqan qida çatışmazlığı ilə üzləşir və beş yaşından aşağı bir milyona yaxın uşaq bu ilin sonunadək aclıqdan ölmək riski ilə üz-üzədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG