Accessibility links

Talibanın yeni lideri: Cihad davam edəcək


Molla Ahtar Mənsur
Molla Ahtar Mənsur

Taliban qrupunun yeni lideri Molla Ahtar Mənsur audio mesajında Əfqanıstanda İslami sistemin bərqərar edilməsi üçün jihadın davam etdiriləcəyini bildirib.

Mənsur deyib ki, müharibə və ya sülh danışıqları kimi bütün məsələlər İslam qanunlarına müvafiq olaraq qəbul ediləcək. O, davamçılarını Taliban haqda yayılan şaiyələrə inanmağa çağırıb.

Molla Ahtar Mənsur deyib ki, Taliban rəhbərliyi bütün vasitələrlə qrup daxilində birliyi saxlamağa səy göstərəcək.

"Biz öz birliyimizi saxlamalıyıq, biz bir olmalıyıq, düşmən bizim bölünməyimizə şad olacaq. Bu, bizim üçün böyük bir məsuliyyətdir. Bu, bir, iki, ya da üç adamın işi deyil. Bu, İslam dövləti yaradana qədər jihad aparmaq kimi hamının məsuliyyətidir"-deyə o bildirib.

Talibanın yeni lideri deyib ki, Molla Məhəmməd Ömər sağ olanda bütün səlahiyyətləri ona verib, buna görə də o, əvvəlki liderin tövsiyələrinə uyğun olaraq missiyanı davam etdirir.

Mənsurun Taliban sıralarında birlik məsələsinə xüsusi diqqət verməsi onun rəhbərliyə keçməsinin qrup daxilində parçalanmaya səbəb olması haqda məlumatların həqiqətə uyğun olduğuna işarə edir.

XS
SM
MD
LG