İtaliyanın cənub adası Lampedusa Şimali Afrikadan dəniz yolu ilə keçmiş əlacsız insanlarla doludur. İtaliya rəsmiləri onların həddən artıq çox olduqlarını və Avropa Birliyindən dərhal yardım gözlədiklərini deyirlər.
Lampedusa adasının mühacirətlə bağlı böyük tarixi var. Normal halda ada 850-yə qədər insanı məskunlaşdırır. Amma indi orada 3000-ə qədər insan mövcuddur. Ölkə-daxilinə keçid prosesi ləngdir, və mühacirlər adanın küçələrini dolaşmaqla vaxtlarını keçirirlər.
Bu ilin əvvəlində Şimali Afrikada xalq üsyanı başlayandan bəri adaya əsasən gecə saatlarında, ya da sübh tezdən mühacirlər köç edirlər.
Sahil keşikçiləri bu sulara nəzarət edir və insanları xilas edirlər.
Mario Boqenzi kütləvi axının başlandığını bildirib.
Mario Boqenzi: `Bu Tunisli və Misirli gənclərin gələcəyə ümidləri yoxdur. Ona görə də onların Avropaya nəyin bahasına olursa olsun gəlib çıxmaqları başa düşüləndir. Amma mühacirət belə işləməməlidir, və baş verənlər bu ölkələrin ziyanınadır. Ona görə ki, əgər bu ölkələr bütün gənc işçi qüvvələrini bu yolla itirsələr onda onlar çətin vəziyyətdə qalacaqlar.`
Lampedusa Avropaya qapı kimi tanınır. Lakin İtaliya xarici işlər nazirinin müavini, Stefania Kraksi deyir ki, bu cür axın onun üçün surprizdir.
Stefania Kraksi: `Deyə bilərəm ki, biz baş verənlərə hazır deyildik. Aralıq Dənizi ölkələrində 20 ildən çox hökm sürən rejimlərin süqutu gözlənilməz oldu.`
Ada sakinləri qarşıdan gələn yay fəslində mühacirət probleminin adanın turist biznesinə maneə törədə biləcəyindən narahatdırlar.