Accessibility links

Tanınmış türk fəal Əziz Purvəli Təbrizdə vəfat edib


Əziz Purvəli
Əziz Purvəli

İran Azərbaycanının tanınmış milli fəallarından sabiq siyasi məhbus Əziz Purvəli bir müddət Təbrizin “İmam Rza” xəstəxanasında müalicə olunandan sonra vəfat edib.

Mərhum Purvəli 1990-cı illərdə İran Azərbaycanında milli hərəkatın “yeni dalğasının” başlamasının ardından türk fəallara qarşı həyata keçirilən ilk kütləvi həbslər sırasında saxlanılan fəallar arasında olub.

Türk fəal 2002-ci ilin dekabr ayında Şəbistər şəhərində Azərbaycan Milli Hökümətinin ildönümü münasibəti ilə keçirilən mərasimin təşkilində iştirak etdiyi üçün həbs və mühakiməyə məruz qalıb.

O, sonrakı illərdə də Babək Qalası yürüyüşü, 2006 May Qiyamı və Urmiyə Gölü ilə bağlı etiraz aksiyalarının təşkilindəki fəaliyyətləri səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb, həmçinin Ettelaat həbsxanalarında işgəncə altında sorğu-sual edilib.

Əziz Purvəli 2011-ci ilin avqust ayında Təbrizin Qumtəpə məhəlləsində Urmiyə Gölünün quruması ilə bağlı iclas keçirdikləri bir evdə nəzarət altına alınan türk fəallar arasında olub.

Siyasi fəal daha sonra milli təhlükəsizliyə qarşı aksiyalar planlaşdırmaq ittihamı ilə (bir ili şərti olmaqla) iki il müddətinə həbsə məhkum edilərək Təbriz həbsxanasına göndərilib.

Əziz Purvəlinin iki oğlu, Həmid və Həbib Purvəli, də keçən 10 il ərzində göstərdikləri siyasi fəaliyyətlər səbəbilə bir neçə dəfə həbs və mühakimə olunublar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG