Accessibility links

Həsən Dəmirçinin sənət, aktivizm və həbs həyatı [Audio-Müsahibə]


77 yaşında ürək xəstəliyi səbəbilə vəfat edən tanınmış musiqiçi, türk fəal və ictimai xadim Həsən Dəmirçinin dəf mərasimi iyunun 25-də Təbrizdə minlərlə vətəndaşın iştirakı ilə keçirildi. Gənc yaşlarında mərhum Dəmirçinin təsis etdiyi musiqi məktəbində dərs almış bəstəkar Məmməd Ənsari və 2006-cı ildə Təbriz Zindanında onunla bərabər həbsdə olmuş türk fəal Oqtay Alptürk Amerikanın Səsi ilə söhbətdə ustadın sənət fəaliyyətləri, ictimai xidmətləri həmçinin həbs günləri haqqında danışıblar.

Həsən Dəmirçininin sənət, aktivizm və həbs həyatı
please wait

No media source currently available

0:00 0:12:55 0:00

Bəstəkar Məmməd Ənsari Həsən Dəmirçinin həm İslam Respublikası həm də Pəhləvi dönəmində göstərdiyi fəaliyyətlər üzündən həbs və təzyiqlərə məruz qaldığını deyir.

Həsən bəy Dəmirçi İnqilabdan əvvəl də sonra da, musiqi ilə məşğul olub və hər iki hakimiyyət dönəmində həbsə məruz qalmışdır.
Məmməd Ənsari, bəstəkar

“Həsən bəy Dəmirçi İnqilabdan əvvəl də sonra da, musiqi ilə məşğul olub və hər iki hakimiyyət dönəmində həbsə məruz qalmışdır... O, təqribən 30 il öncə Dr. Zehtabi ilə görüşündən sonra Azərbaycanda musiqinin inkişafı uğrunda məsuliyyət qəbul edib və öz təşəbbüsü ilə Azərbaycan adına musiqi məktəbi qurub,” bəstəkar söyləyir.

Məmməd Ənsarinin dediklərinə görə, “Dəmirçi tələbələrin problemləri ilə xüsusi olaraq əlaqədar olurdu. Musiqçilərə şərait yaradırdı, onlara dəstək verirdi... İndi sosial mediada baxanda da onun öyrəncilərinin ürək sözlərini görürük ki necə Həsən bəyi bir ata kimi dəyərləndirirlər.”

Mərhum dəmirçinin 2012-ci ildə Qaradağ zəlzələsində xəsarət alanlara dəstək kampaniyaları təşkil etməsinə həmçinin siyasi məhbuslar və ailələrinə etdiyi yardımlara diqqət çəkən Ənsari onun hər zaman müxtəlif meydanlarda hərəkətdə olduğunu vurğulayır:

Həbsxanada həm məhkumlar həm də nəzarətçilər Həsən bəyin varlığı sayəsində bizə hörmət göstərirdilər.
Oqtay Alptürk, türk fəal

“O, məsuliyyətli bir musiqiçi kimi, bir yazar və şair kimi, ictimai xadim kimi hər zaman meydanda hərəkətdə idi. Bu xidmətləri dövlətin dəstəyi ilə deyil, əksinə dövlətin basqılarına rəğmən göstərirdi... Biz Həsən bəyin həyata keçirdiyi fəaliyyətlərin təsirini bundan sonra da görəcəyik və təbii ki, yoxluğunun da təsirlərini hiss edəcəyik.”

Həsən Dəmirçi 2006-cı ilin may ayında İran Azərbaycanında böyük üsyanın baş qaldırmasından sonra həbs edilib.

Həmin müddətdə onunla Təbriz Həbsxanasında eyni bölmədə saxlanılan türk fəal Oqtay Alptürk Amerikanın Səsi ilə söhbətdə sənətkarın həbs günlərində də ciddi fəaliyyətlər göstərdiyini açıqlayır.

Həsən Dəmirçinin dəfn mərasimi
Həsən Dəmirçinin dəfn mərasimi

“Mən 6 aylıq həbs hökmümün 4 ayını Həsən bəylə Təbriz Zindanında eyni bölmədə idim. O, məndən iki ay əvvəl həbs olunmuşdu,” deyə Alptürk bildirir.

Misal üçün Artum bəy var idi. O, məhbuslara sosiologiya dərsi verirdi. Başqa dostların da fərqli saatlarda ingiliscə və türkcə kursları var idi. Bunlar Həsən bəyin təşəbbüsü ilə olmuşdu.”
Oqtay Alptürk

Oqtay Alptürk deyir, “mən həbsxanaya girdiyimdə, orada Həsən bəy və digər türk fəallar gənc fəallar üçün çeşitli kurslar təşkil etmişdilər. Misal üçün Artum bəy var idi. Ondan istəmişdilər ki, sosiologiya dərsləri versin. Başqa dostların da fərqli saatlarda ingiliscə və türkcə kursları var idi. Bunlar Həsən bəyin təşəbbüsü ilə olmuşdu.”

Onun söylədiklərinə görə, Həsən Dəmirçi həbsxanada sadəcə türk fəalların deyil, müxtəlif səbəblər üzündən həbsə məhkum olmuş digər məhbusların problemləri ilə də əlaqədar olurdu:

“Mən həbsdə olduğum 6 ayda, bir çox türk fəalla, dəyərli insanlarla tanış oldum. Amma, Həsən bəy gerçəkdən başqa bir insan idi. O, zamanında bir dost, zamanında böyük qardaş, zamanında da bir baba kimi idi. Fərqli insanlar ondan yardım istəyərdi və o da əlindən gələn yardımı hərkəsə edərdi.”

“Həsən bəyin varlığı sayəsində bizə hörmət və sayğı göstərilirdi. Fərqli suçlar üzündən həbs olunmuş insanlar və hətta həbsxana nəzarətçiləri bizə sayğı göstərirdilər və bu böyük ölçüdə Həsən bəyin varlığı sayəsində idi. Mən buna yaxından şahid oldum. Bu səbəblə onlar bizim mücadiləyə yaxşı və müsbət baxırdılar. Xoş qarşılayırdılar,” deyə Oqtay Alptürk əlavə edir.

Həsən Dəmirçinin dəfn mərasimi
Həsən Dəmirçinin dəfn mərasimi

Türk fəal Abbas Lisani dəfn mərasimində danışır
Türk fəal Abbas Lisani dəfn mərasimində danışır

XS
SM
MD
LG