Accessibility links

Tanınmış xanəndə Qədir Rüstəmov vəfat edib


Tanınmış xanəndə Qədir Rüstəmov vəfat edib
Tanınmış xanəndə Qədir Rüstəmov vəfat edib

Qarabağ xanəndə məktəbinin tanınmış simalarından olan Qədir Rüstəmov bir çox Azərbaycan xalq mahnıları və muğamlarının mahir ifaçısı idi.

Bu gün tanınmış xanəndə Qədir Rüstəmov İstanbulun Acıbadem xəstəxanasında vəfat edib. Qədir Rüstəmov bu ilin oktyabrından bu xəstəxanasında müalicə olunurdu. O komadan ayılmayıb.

Mərhumun cənazəsi dekabrın 15-də Bakının 4-cü mikrorayonundan, Mir Cəlal küçəsində yerləşən mənzildən götürüləcək və vidalaşmaq üçün saat 13-dən 15-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının binasında qoyulacaq.

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub. Qarabağ xanəndə məktəbinin tanınmış simalarından olan Qədir Rüstəmov bir çox Azərbaycan xalq mahnıları və muğamlarının mahir ifaçısı idi. Azərbaycan xalqı “Sona bülbüllər” mahnısının ən yaxşı nümunəsini Qədir Rüstəmovun ifasında dinləyib.

XS
SM
MD
LG