Accessibility links

Məktəb avtobusunun qəzaya uğraması nəticəsində 34 nəfər həlak olub


Tanzaniyada şənbə günü məktəbliləri və müəllimləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ən azı 34 nəfərin öldüyü bildirilir.

Aruşa ərazisinin polis rəhbəri Çarls Mkumbo bildirib ki, Karatuda baş verən qəza zamanı daha 4 nəfər ağır xəsarət alıb.

Laki Vinsent adına İbtidai Məktəbdən çıxan avtobus şagirdləri və müəllimləri Aruşa şəhərində şənbə günü keçirilməsi planlaşdırılan imtahana aparmalı idi.

Məktəbin direktoru İnnosent Muşinin verdiyi məlumata görə, ölənlərin 12-si oğlan və 17-si isə qız idi: “Biz 29 şagirdimizi, 2 əməkdaşımızı və sürücünü itirmişik.”

Polisdən verilən məlumata görə, qəza nəticəsində ağaclar arasında qalan avtobusdan ölənləri çıxartmaq çətinliklər yaradıb.

XS
SM
MD
LG