Accessibility links

TAP-ın təməlqoyma mərasimi olub


Trans Adeiatik Qaz Boru Kəməri
Trans Adeiatik Qaz Boru Kəməri

Yunanıstanın Soloniki şəhərində Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) təməlqoyma mərasiminin rəsmi açılışı keçirilib.

Təməlqoyma mərasimində Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, energetika naziri Natiq Əliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib.

Mərasimdə həmçinin Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn, İtaliyanın dövlət naziri Klaudio de Vintsenti, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və layihənin iştirakçısı olan ölkələrin energetika nazirləri iştirak edib.

TAP "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-cu ilin sonunda başlanması gözlənilir.

TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (16%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Kəmərin uzunluğu 878 km-dir.

APA agentliyinin məlumatına görə, mərasimdə Yunanıstanın baş naziri Aleksis Tsipras çıxış edib. O bildirib ki, TAP-ın tikintisi Yunanıstan və region iqtisadiyyatı üçün həlledici məqamda aparılır.

A.Tsiprasın sözlərinə görə, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP regional əməkdaşlığı tərənnüm edir.

"Layihənin olduqca böyük geostrateji və iqtisadi əhəmiyyəti var. Hər il TAP vasitəsilə 10 milyard kubmetr qaz nəql olunacaq. Lakin gələcəkdə kəmərin ötürücülük qabiliyyəti 20 milyard kubmetri ötə bilər. Tikinti işlərinə 8 000 insan cəlb olunacaq ki, bu da olduqca əhəmiyyətlidir. Yunan şirkətlərinin layihəyə cəlb olunması bizim üçün olduqca vacibdir", baş nazir qeyd edib.

Onun fikrincə, görülən işlər ən sərt tələblərə cavab verir.

“Bundan başqa, yerli icmalara indiyədək 32 milyon avro ayrılıb. Layihənin icrası işsizlik səviyyəsinin azaldılması baxımından olduqca önəmlidir. Biz başqa bir dövrə qədəm qoyuruq. TAP-ın icrası Yunanıstan iqtisadiyyatının, o cümlədən sənayenin inkişafına böyük təkan verəcək",A.Tsipras qeyd edib.

APA agentliyinin məlumatına görə, mərasimdə ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn ABŞ dövlət katibi Con Kerrinin TAP-ın təməlqoyma mərasimi iştirakçılarına ünvanladığı məktubu oxuyub.

"Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya 10 milyard kubmetrdən çox qaz nəql olunacaq. Bu layihənin reallaşması ilə Avropa bazarına yeni qaz çıxacaq. Buna görə, nəinki Cənub Qaz Dəhlizi, o cümlədən Yunanıstan-Bolqarıstan qaz interkonnektoru ilə bağlı işlər davam etdirilməlidir. TAP və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Bugünkü təməlqoyma mərasimi Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində atılan ən zəruri addımdır. Nəticədə həm regional, həm də Avropanın enerji mənbələrinin diversifikasiyası təmin ediləcək. ABŞ bu layihəyə dəstəyini davam etdirəcək", məktubda deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG