Accessibility links

Kim öz qayığının adını “Səhv Qərar” qoyar?


Ev alqı-satqısı ulduzu Tarek El Musa keçmiş həyat yoldaşı Kristinadan boşanmağa ərizə verdikdən sonra şəxsi qayığının adını dəyişib.

İndi onun qayığının adı “Səhv Qərar”-dır.

Buna səbəb isə onun həyatında ardıcıl bir neçə səhvə yol verməsidir. Özü belə deyir.

O əlavə edərək bildirib ki, Kristina qayığın yeni adını eşitdikdə ürəkdən gülüb. Onun gülüşü keçmiş cütlük arasında münasibətlərin düşmən münasibətləri olmadığına işarə edir. Bu isə çox yaxşıdır.

35 yaşlı ulduz Nyuport çimərliyində yenilikdə inşa etdiyi evi ayı 15 min dollara kirayələyir.

O, deyilənə görə, bu evə yanvar ayında boşanmağa ərizə verdikdən bir neçə ay əvvəl köçüb. Və deyəsən orada gələn ilin iyununa qədər qalmağı planlaşdırır.

Kirayə müddəti bitdikdən sonra isə onun nə edəcəyi məlum deyil. Söhbət gəzir ki, Tarke bu ərazidə yaşamaqda davam edəcək.

Kristinaya gəldikdə isə, o artıq başqası ilə bərabərdir.

XS
SM
MD
LG