Accessibility links

Stiv Cobsun ilk kompyuteri 670 min dollara satılıb


Bu gün Almaniyada tarixi Apple kompyuteri təxminən 670 min dollara satılıb.

Artıq yeni sahibinə qocuşan Apple-1 kompyuterini Apple şirkətinin təsisçiləri Stiv Cobs və Stiv Vozniak 1976-cı ildə istehsal edib.

"İlk Apple" kitabının müəllifi Bob Lüter deyib ki, bu kompyuter nadir nümunə olub. "Apple 1 kompyuterindən cəmi 200 ədəd istehsal olunub və onlar Stiv Cobsun qarajında ərsəyə gəlib. Daha sonra Apple bu komyuterləri geri alıb, onları sıradan çıxartmaq üçün barter kampaniyası başlatmışdı. Belə ki, bu gün bu kompyuterlərdən yalnız 46 ədəd mövcuddur. Bu kompyuter həqiqətən də texnologiyanın müqəddəs kasasıdır," - deyə müəllif bildirib.

Alman hərracı deyir ki, kompyuteri 671 min 400 dollara alan adam "Uzaq Şərq"dəndir və kimliyinin açıqlanmasını istəmir.
XS
SM
MD
LG