Accessibility links

Azərbaycan buğda idxalını gömrük vergisi və rüsumdan azad edib


Buğda
Buğda

Qərar bir il qüvvədədir və dünya bazarında taxılın qiymət artımı ilə bağlıdır

Azərbaycan Nazirlər Kabinetinin 24 sentyabr tarixli qərarı ilə buğda, buğda unu və ya buğda-çovdar unu idxal gömrük vergisi və Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Qərar bir il qüvvədədir və dünya bazarında taxılın qiymət artımı ilə bağlıdır.

Hökumət ölkə daxilində taxıl məhsullarının qiymətini tənzimləmək üçün bu addımı dəfələrlə atıb. Azərbaycan daxili istehsal hesabına əhalini taxılla təchiz edə bilmir. Hər il ölkəyə 1,3-1,5 mln ton taxıl idxal edilir. Rəsmi statistika isə ölkədə 1,6 mln ton dənli və dənli-paxlalı bitki istehsalı barədə məlumat verir.

İqtisadi İnkişaf Nazirliyi unüyütmə kombinatlarından xahiş edib ki, unun pərakəndə qiymətini artırmasınlar. Hazırda unun 50 kq-lıq kisəsi 20 manatdır. Bazarın indiki konyunkturuna əsasən, 1 kisə un 26 manat olmalı idi.

Bu gün Qazaxıstan buğdası sərhəddə tonu $400-a təklif edilir. Amma, gömrük ödənişinin ləğvi daxili bazarda qiyməti bu səviyyədə saxlamağa imkan verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG