Adətən su filtrləri, xüsusilə də elektron cihazlarda taxtadan istifadə olunmur. Amma Merilend Universitetinin alimləri deyir ki, bu ucuz, təbii və davamlı materialın bütün xüsusiyyətləri tam araşdırılmayıb.
Taxtadakı təbii yolla yaranmış kanallar bizə onların içinə ölçüsündən asılı olmayaraq, elektrik materillar yerləşdirməyimizə yardım edir. Karbonlaşdırılmış taxta quruluşu cərəyan keçirə bilir. Bundan əlavə elektronlar orada çox sürətli hərəkət edə bilərÇaoji Çen
Taxtanın bir çox unikal xüsusiyyəti var. Bunlardan biri də taxtanın içində ağacın suyu torpaqdan özünə çəkməsinə yardım edən təbii uzununa düzülən kanallardır. Bu yaxınlarda məlum olub ki, bu kanallardan qabaqcıl elektron cihazların hazırlanmasında istifadə oluna bilər.
Çaoji Çen: “Taxtadakı təbii yolla yaranmış kanallar bizə onların içinə ölçüsündən asılı olmayaraq, elektrik materillar yerləşdirməyimizə yardım edir. Karbonlaşdırılmış taxta quruluşu cərəyan keçirə bilir. Bundan əlavə elektronlar orada çox sürətli hərəkət edə bilər”.
Cinli alim Çen kömürləşmiş taxtadan superkondesator düzəltmək üçün istifadə edir. Bu, yeni enerji saxlama cihazıdır. Bu cihaz enerjini sürətli bir şəkildə elektrik maşınlardakı regenerativ əyləcdə toplayıb, buraxa biləcək.
Tədqiqatçılar həmçinin aşkar edib ki, kömürləşmiş taxta litium-metal batareyaların xarab olmasına səbəb olan problemlərə yol açır. Çalışmaq üçün taxta elektrod maye litiuma hopdurulmalıdır.
Yinq Janq: “Biz litiumun dendritik, yəni budaqvari artımının və həcm dəyişikliyinin qarşısını almaq üçün litium metalı taxtanın məsaməli quruluşuna yerləşdirə bilərik”.
Bundan əlavə palladium nanohissəcikləri ilə çirkab suyu ucuz və effektiv yolla təmizləmək olar.
Burada, taxta membran, suyu “metilen mavi” adlı kanserogen boyadan 99 faizlik effektivliklə təmizləyir.
Eymi Qonq: “Nanopalladium katalizator işə düşür və mavi həll rəngsiz suya çevrilir”.
Taxta növlərinin əksəriyyətində düz kanal strukturu olduğu üçün, tədqiqatçılar gələcəkdə bu təbii materialın elektron cihazların qiymətinin xeyli azalda biləcəyini deyir.