Accessibility links

Çinin cənubunda Matmo tayfunu


Çində bir həftə ərzində ikinci güclü tayfun olan Matmo tayfunu ölkənin cənub bölgələrini viran qoyub.

Saatda 108 kilometr sürətlə əsən küləyə səbəb olan tayfun çox sayda sakinin məskunlaşdığı Fujian vilayətini vurub.

Bundan əvvəl leysan yağışlar və şiddətli küləklərlə müşayiət olan Matmo tayfunu Tayvanın üzərindən keçib.

Tayvanda ciddi dağıntılar haqda məlumat verilməyib, lakin bir fermerin öldüyü, bir turistin isə dənizdə boğulduğu bildirilir.

Daşqınlar və torpaq sürüşmələri haqda xəbərdarlıqlar Tayvanda ticarət mərkəzləri, məktəblərin əksəriyyəti və hökumət ofislərinin bağlanmasına səbəb olub.

Matmo tayfunundan öncə ötən həftə Çinin cənubunda baş verən Rammasun tayfununun qurbanlarının sayının hazırda 56-ya, itkin düşənlərin sayı isə 20-yə çatdığı haqda məlumat verilir.

Rammasun 40 ildə regionu vurmuş ən güclü tayfundur. Tayfun Filippində 100, Vyetnamda isə 11 insanın ölümünə səbəb olub.

XS
SM
MD
LG