Bazar ertəsi dünyanın sabiq bir nömrəli qolfçusu Tayger Vuds onun Floridada spirtli içki və ya narkotik maddənin təsiri altında maşın idarə etməsi şübhəsi ilə saxlanılmasını şərh edib. O bildirib ki, həmin ana olan vəziyyətinə səbəb “həkimlərin yazdığı dərmanlardan gözlənilməz reaksiya” olub.
Vuds bazar ertəsi polis tərəfindən Yupiter şəhərində həbs etdikdən bir neçə saat sonra zaminə buraxılıb. Hadisədən sonra sabiq qolfçu öz vebsəhifəsində bəyanat yerləşdirərək, insidentdə görə üzr istəyib və dərmanların ona bu qədər ağır təsir etdiyinin fərqində olmadığını bildirib.
Nəslinin ən güclüsü olmuş Vuds, tarixin ən yaxşı qolfçularından biri hesab edilir. 41 yaşlı idmançı 14 böyük turnir qalibi olmaqla yanaşı, təxminən 700 həftə ardıcıl olaraq dünya reytinqində birinci yerdə qalmağa müvəffəq olmuşdu.
Vuds belində keçirilən bir neçə əməliyyatdan sonra idmandan müvəqqəti uzaqlaşmalı olub. Bu isə onun 18 böyük turnir qalibi olan Cek Niklausun rekordunu təzələcəyini şübhə altına qoyur.