Tailandın cənub vilayətlərində çərşənbə və cümə günləri törədilmiş silsilə partlayışlar azı dörd nəfərin ölümünə, onlarla adamın yaralanmasına səbəb olub.
Partlayışlar Hua Hin adlı dəniz kənarı istirahət mərkəzində, Surat Thani ada şəhərində, populyar tursit adası Puketdə və cənub Tranq vilayətində törədilib.
Polisin sözçüsü polkovnik Krisana Pattanakaroen deyib ki, polis silsilə partlayışların yerli təxribat olduğuna və İslam terrorçuluğu ilə heç bir əlaqəsi olmadığına inanır.
“Bomba partlayışları xaos və çaşqınlıq yaratmaq məqsədi daşıyır. Ölkəmizdə stabilliyin, iqtisadiyyatın və turizmin inkişaf etdiyi bir zamanda nəyə görə bomba partlayışı baş versin?” - deyə Tayland rəhbəri Prayut Çanoça sual edib.
Ötən referendumda milyonlarla tailandlı siyasi fraksiyanın dəstəklədiyi konstitusiyaya səs verib. Ölkənin hərbi liderləri konstitusiyanın yeni seçkilərin keçirilməsinə yol açdığını deyib. Lakin tənqidçilər ordunun hökumətdə iştirakının qanuniləşdirilməsinin bir neçə il zaman alacağını ehtimal edir.