Accessibility links

Tailandda mağarada qalan uşaqları hələ çıxarmaq mümkün olmayıb


Tailanddakı xilasedicilər mağarada ilişib qalan 12 yeniyetmə futbolçu və onların məşqçisinin xilas edilməsi üçün digər mümkün yollar axtarır.

Tailandın Çianq Rey vilayətinin qubernatoru bildirib ki, belə bir qərara mağaradakı dalğıc komandası ilə əlaqənin kəsilməsi və onların geri qaytarılması planından sonra gəlinib.

Qubernator Naronqsak Osottanakornun dediyinə görə, xilasedicilər uşaqların olduqları yerin müəyyən edilməsi və cəngəlliyin araşdırılması üçün komandalar yaradılması yolunda iş aparır. O, mağaraya gedə biləcək hər hansı bir dəlik və ya şaxtanın olub-olmadığını araşdırmaq üçün 20-dən 30-a qədər komandanın fəaliyyətə başlayacağını bildirib.

Futbol komandasının itkin düşən 12 yeniyetmə oyunçusu və məşqçinin 9 gündən sonra, iyulun 2-də mağarada aşkar edilməsindən sonra onların su basmış tuneldən necə çıxarılacağı barədə düşünülür.

Mağaradakı suyun nasoslar vasitəsilə çıxarılmasına baxmayaraq, suyun oraya hələ də dolmaqda davam etdiyi deyilib. Meteoroloqların bügünkü məlumatında isə cümə günündən başlayaraq, güclü yağışlar gözləndiyi bildirilib.

XS
SM
MD
LG